"WhatsApp" faydalı funksiyanı işə saldı – FOTO
"WhatsApp"da "Telegram"dan götürülən yeni funksiya işə salınıb. Belə ki, mesencerin "iOS" üçün "beta" versiyasında artıq profildə istifadəçinin abunə olduğu kanalların siyahısı göstərilib.
Siyahı "Status" bölməsində yerləşib.
Kanal funksiyası hələlik inkişaf mərhələsindədir və ümumi istifadəçi üçün əlçatan deyil.
Məlumata görə, sözügedən bölmənin adı həm istifadəçinin cari vəziyyətini, həm də abunəliyini ehtiva etdiyi üçün "Yeniləmələr"ə dəyişdiriləcək. Həmçinin kanallar üçün daha çox ekran sahəsi boşaltmaq üçün statuslar üfüqi cərgədə yerləşdiriləcək.
Güman edilir ki, "WhatsApp"da kanallar "Telegram" kanalları prinsipinə uyğun qurulacaq – istifadəçilər hansına abunə olmağı seçə və lentdə yalnız onları maraqlandıran məzmunu görə biləcəklər.
Funksiyanın ictimai buraxılış tarixi hələ açıqlanmayıb. / banker.az
Buğda idxalı 1 milyon tonu keçdi
Azərbaycan 1 009 614.31 ton buğda idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarını əhatə edir. Dövlət Gömrük Komitəsinin verdiyi məlumata görə, bu həcmdə buğdanın dəyəri 217 milyon 691 min ABŞ dollar
ABŞ-da işsizlik sığortası müraciətləri azalıb
ABŞ-da işsizlik sığortası üçün müraciətlərin sayı bitən həftə ərzində 220.00-ə çatıb ki, bu da əvvəlki həftə ilə müqayisədə 8.00 azalma deməkdir. xəbər verir ki, dörd həftəlik hərəkətli orta göstərici 3.00 azalaraq 224.250-y
Ağ Ev, süni intellekt qanun layihəsinə qarşı çıxır
Ağ Ev rəsmiləri Nvidia-nın Çin və digər rəqib ölkələrə süni intellekt çipləri satışını məhdudlaşdıran qanuna qarşı çıxır. xəbər verir ki, Ağ Ev rəsmiləri Nvidia Corp.-un Çin və digər rəqib ölkələrə süni intellekt çiplərini
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd