"Whatsapp" hesabı oğurlananlar nə etməlidir?

Bir neçə gündür ki, Azərbaycanda "whatsapp" istifadəçilərinin hesablarının oğurlanması ilə bağlı məlumatlar yayılmaqdadır.
Artıq Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) bununla bağlı vətəndaşlara müraciət edib.
Bəs oğurluq halları nədən qaynaqlanır, bu cür problemlə üzləşənlər nə etməlidir?
"Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Abbasovun sözlərinə görə, problem beynəlxalq GSM operatorlarından birindəki boşluqdan qaynaqlanır: "Bir neçə həftədir ki, Azərbaycanda "whatsapp" profillərinin oğurlanması ilə bağlı ETX araşdırmalar aparır və onun nəticəsi göstərir ki, problem qlobal səviyyədədir. Belə ki, fırıldaqçılar beynəlxalq GSM operatorlarının sisteminə sızaraq "whatsapp" hesabının bir cihazdan başqasına köçürülməsi zamanı tələb edilən 6 rəqəmli OTP kodu ələ keçirə bilirlər. Çox güman ki, hansısa operatorda boşluq tapılıb, nəticədə Azərbaycandakı istifadəçilərə zərər vurulub. Yəni SMS kod gəlib Azərbaycanın mobil operatorunun istifadəçisinə çatmamış yolda oğurlanır. Deməli, bu problem sadəcə Azərbaycandadır demək doğru deyil. Demək olar ki, Azərbaycanla əlaqəsi yoxdur. Amma, təəssüf ki, "whatsapp" profillərinin kütləvi şəkildə oğurlanması Azərbaycanda da baş verir".
Ekspert hesab edir ki, bu problemi Azərbaycan daxilində həl etmək real deyil: "Təəssüf ki, bu problemin qaynağı Azərbaycanda olmadığı üçün onun ölkəmizdə həlli real görünmür. Çünki "Meta"dan çıxan 6 rəqəmli OTP aktivləşdirmə kodu Azərbaycana çatmadan oğurlanır. Buna görə də ETX vətəndaşlara tövsiyə edir ki, ikili təsdiqləməni ("two-step verification") aktivləşdirək. Sual oluna bilər ki, Bu bizə nə verəcək? Belə aktivləşmə olduğu halda "whatsapp" profilimiz oğurlansa da, oğurlayan şəxslər mesajlaşma proqramını açmayacaq. Çünki mesajı oxumağa cəhd etdikdə ikilik təhlükəsizlik kodu, yəni 6 rəqəmli şifrə soruşulacaq. Dələduzlar da bu kodu bilmədikləri üçün bizim oğurlanan "whatsapp" hesabımızdakı mesajlar onlar üçün əlçatan olmayacaq".
Onun sözlərinə görə, indiyə qədər dünyada bu kimi kiberhücumların qarşısını almaq mümkün olmayıb: "Bu məsələ beynəlxalq miqyasda həll olunmalıdır və həlli istiqamətində işlər görülür. Bir daha qeyd edirəm ki, indiki halda ikili təsdiq kodunun aktivləşdirilməsi mütləqdir və bu, bizim təhlükəsizliyimiz üçün yeganə üsuldur. Nəzərinizə çatdırım ki, bu hallar əvvəlki illərdə baş verib və qısa bir müddətdə qarşısı alınıb. Amma bu dəfəki situasiya bir qədər fərqlidir və qlobal şəkildə həll edilməlidir. Hakerlər "whatsapp" hesablarının digər cihaza köçürülməsi üçün telefonlara random şəkildə sorğular göndərir və tələyə düşən istifadəçilərin hesabları oğurlanır. Yəni oğurlanan "whatsapp" profilləri xüsusi seçilmir, proses təsadüfi seçim əsasında baş verir. Oğurlana profillərin geri qaytarılması üçün yeganə yol "whatsapp"ın özünün dəstək mərkəzinə yazmaqdır ki, belə müraciətlər də adətən 1 həftə ərzində cavablandırılır". / banker.az

Xəbərlər     Tarix: 23 avqust 2023

Oxşar xəbərlər

Zərgərlik sahəsində yeni qaydalar - İlk dövlət standartı müzakirə edildi

"Qiymətli metallar və qiymətli daşlar" standartlaşdırma üzrə Texniki Komitənin növbəti iclası baş tutub. İclas çərçivəsində qiymətli metallar, qiymətli daşlar və zərgərlik məmulatları sahəsində standartlaşdırm

G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək

Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd

Neft ucuzlaşdı

Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB

Azərbaycana gətirilən telefonlar üçün 100 manat rüsum alınacaq

Mobil telefonlar aksiz dərəcəsinə cəlb olunacaq. xəbər verir ki, fiziki şəxslərin şəxsi istifadəsi üçün ölkəyə gətirilən 1 ədəddən artıq mobil cihazın qeydiyyatı üçün 100 manat dövlət rüsumu alınacaq. Bu, Milli Məclisin b

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Neft bahalaşdı

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı neft bahalaşıb. xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,02 ABŞ dolları və ya 0,03% artaraq 67,69 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, ötə

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind


iqtisadi xeberler pul qazanmaq bitcoin qiymeti internetden pul qazanmaq emlak xeberleri