"WhatsApp" mesajları başqa telefona köçürməyi asanlaşdırıb
"WhatsApp" QR-kodlardan istifadə etməklə mesajları bir cihazdan digərinə ötürməyə imkan verən yeni funksiya təqdim edib. Bu funksiya bulud yaddaşında ehtiyat nüsxələrin yaradılması ehtiyacını aradan qaldırır, Banker.az bu barədə Kommersant-a istinadən xəbər verir.
"WhatsApp" mesajları bir cihazdan digərinə köçürmək çox mürəkkəb olduğuna görə dəfələrlə tənqid olunub. Yeni funksiya ilə istifadəçi "Söhbətlər" bölməsinə daxil olub "Söhbətlərin ötürülməsi"ni seçəcək, sonra isə yeni cihazda QR-kodu skan edəcək.
Funksiya yalnız eyni əməliyyat sistemi üzərində işləyən və eyni Wi-Fi şəbəkəsinə qoşulan cihazlar arasında işləyəcək. Messencer bu funksiyanı 2023-cü ilin yanvar ayından sınaqdan keçirir. Bundan əvvəl "WhatsApp" eyni hesabın birdən çox telefonda istifadəsinə icazə verən yeniləmə təqdim edib.

Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
SMM nə deməkdir?
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İlon Mask kimdir?
Biznes nədir?