"WhatsApp" parolsuz olacaq – Tətbiqə necə daxil olacağıq?
"WhatsApp" tərtibatçıları messencerə daxil olmağın yeni üsulunu – "Passkey" texnologiyasını sınaqdan keçirirlər. Bildirilir ki, bundan sonra tətbiqə daxil olduqda şifrə əvəzinə giriş açarları istifadə ediləcək. Yenilik hələki yalnız beta versiyada, Android əməliyyat sistemində məhdud sayda smartfon istifadəçiləri üçün əlçatandır.
Beləliklə, istifadəçilər tətbiqin kilidini açmaq və öz hesablarına daxil olmaq üçün parollardan və SMS yoxlamasından imtina edə biləcəklər. Bu üsullar üz skanı və ya barmaq izindən istifadə etməklə PİN kodu və ya biometrik autentifikasiya ilə əvəz ediləcək.
Bildirilir ki, funksiyaya dəstək yaxın həftələr və aylar ərzində bütün Android cihazlarında həyata keçiriləcək. Messencerin iOS versiyasında giriş açarları üçün dəstəyin nə vaxt tətbiq ediləcəyi hələ dəqiqləşməyib.
"Passkey" (giriş açarları) – parol olmadan avtorizasiyadan keçmə texnologiyasıdır. O, hesablara və proqramlara daxil olmaq üçün kriptoqrafik açarlardan istifadə etməyə imkan verir.
Açarlardan biri (qapalı) istifadəçinin cihazında saxlanılır, ikinci açar (açıq) isə yaradıldıqda tətbiqə yüklənir. Sistemə daxil olduqda, istifadəçidən unikal çağırışı imzalamaq xahiş olunur. Cihaz bunu yalnız istifadəçinin razılığı ilə edir, bunun üçün istifadəçinin cihazın kilidini açması (barmaq izi, üz tanıma texnologiyası və s. vasitəsilə) tələb olunur. Daha sonra sistem açıq açardan istifadə edərək imzanı yoxlayır. / banker.az

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Onlayn biznes növləri
Dünyanın əh bahalı brendləri - TOP-10
"Coca-Cola" haqqında 5 maraqlı fakt
Layihə menecmenti nədir?
Ən bahalı otellər hansılardır?