"WhatsApp"da status yeniləmələrini daha asan paylaşmaq mümkün olacaq
"WhatsApp" messenceri istifadəçilərə yeni funksiyanı təqdim etməyə hazırlaşır.
Bu barədə məlumatı "WABetaInfo" dərc edib.
Məlumata görə, bununla da status yeniləmələrini daha asan paylaşmaq mümkün olacaq. Belə ki, yeni interfeys istifadəçilərə "mətn", "video" və "fotoşəkil" bölməsi təqdim edəcək. Bu da müxtəlif media formatları arasında sürətlə keçid etməyə imkanı yaradacaq.
Məsələn, istifadəçi əvvəlcə mətn statusu paylaşmağı planlaşdırsa da, sonradan fikri dəyişə bilər. Mesajlarını fotoşəkillər vasitəsilə çatdırmaq qərarına gəldikdə, yeni funksiya vasitəsilə status yeniləmələri bölməsindən çıxmadan seçim edərək paylaşım edə biləcək.
Qeyd olunur ki, "WhatsApp" indi bu funksiyanı bəzi testerlər vasitəsilə sınaqdan keçirir, yaxın zamanlarda istifadəçilər üçün əlçatan olacaq. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv