"WhatsApp"da yeni funksiya işə düşüb
iPhone üçün "WhatsApp"ın beta versiyasında yeni funksiya aşkarlanıb. O, internetdən istifadə etmədən yaxınlıqdakı istifadəçilərlə faylları paylaşmağa imkan verir.
Oxşar funksiya daha əvvəl Android-də messencerin sınaq versiyasında aşkar edilmişdi. Fərq ondadır ki, Android versiyası yaxınlıqdakı cihazları aşkar etmək üçün avtomatik aşkarlama metodundan istifadə edir, iOS versiyası isə QR kodun skan edilməsini tələb edir.
Yeni funksiyanın qeyri-sabit və ya bahalı internet bağlantısı olan istifadəçilər tərəfindən bəyəniləcəyi və böyük faylların ötürülməsi prosesini sadələşdirəcəyi gözlənilir.
Yeniliyin hələ ilkin inkişaf mərhələsində olduğu vurğulanır, onun messencerdə tətbiq edilmə tarixi açıqlanmır. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
ƏDV geri al və onun üstünlükləri
Biznes nədir və hansı növləri var?
SMM nə deməkdir?
CV hazırlayarkən buraxılan 5 səhv
ZARA-nın uğur hekayəsi