"X" şəbəkəsinə abunəlik planı təkmilləşdirilir
"X" sosial şəbəkəsinin sahibi İlon Mask gəlirləri artırmaq və botlarla mübarizə aparmaq üçün iki yeni ödənişli abunə səviyyəsini işə salmaq planını açıqlayıb.
Platforma rəhbərinin sözlərinə görə, bir variant reklamsız girişi təmin edəcək, daha ucuz variantda isə eyni xüsusiyyətlər mövcud reklam xidməti ilə birgə təklif olunacaq.
Maskın sözlərinə görə, bu, botlarla mübarizədə təsirli üsul olacaq.
Şirkət artıq istifadəçilərə tvitləri redaktə etməyə, daha az reklam görməyə və yazılarını tanıtmağa imkan verən ayda 8 dollarlıq "X Premium" abunə xidməti təklif edir.
Qeyd edək ki, oktyabrın 18-də CNBC "X"-in Yeni Zelandiya və Filippindəki yeni müştərilərdən botlarla mübarizə proqramının test nümunəsi üçün ildə 1 dollar almağa başladığını bildirmişdi. / banker.az
"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır
"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd
Qızılın qiyməti BAHALAŞDI
"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə
G20 iqtisadiyyatı 2030-cu ildə cəmi 2,9% böyüyəcək
Beynəlxalq Valyuta Fondu (BVF) dünyanın ən böyük 20 iqtisadiyyatının 2030-cu ildə cəmi 2,9% böyüyəcəyini açıqlayıb. Bu da 2009-cu il qlobal maliyyə böhranından bəri ən zəif ortamüddətli proqnozdur. xəbər verir ki, hesabatd
Neft ucuzlaşdı
Azərbaycan nefti ucuzlaşıb. xəbər verir ki, dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan neftinin qiyməti azalıb. Belə ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1,18 ABŞ dolları azalaraq 66,51 AB
Ölkədə orta aylıq əməkhaqqı 7% artıb
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin