Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna başlanacaq

Xaricdə təhsil üzrə Dövlət Proqramı çərçivəsində sənəd qəbuluna başlanacaq"Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı" çərçivəsində 2024-2025-ci tədris ili üzrə sənəd qəbuluna yaxın günlərdə start veriləcək. 
13 noyabr 2023-cü il tarixində 2024-2025-ci tədris ili üzrə "2022-2026-cı illər üzrə Dövlət Proqramı" çərçivəsində dünyanın nüfuzlu universitetlərinin bakalavriat və magistratura səviyyələri üzrə maliyyələşdiriləcək təhsil proqramlarının siyahısı təsdiq edilərək ictimaiyyətə təqdim olunub. Siyahı 15 prioritet ixtisas sahələri üzrə dünyanın 28 ölkəsinin 179 nüfuzlu ali təhsil müəssisəsində tədris olunan 631 bakalavriat və 3362 magistratura olmaqla, ümumilikdə 3993 təhsil proqramını əhatə edir. Müvafiq siyahıda yer alan proqramlardan əlavə namizədlərin universitetlər üzrə "Top10"-da yer alan ali təhsil müəssisələrindən istənilən ixtisas üzrə, eyni zamanda, bu il ilk dəfə siyahıya əlavə olunan mədəniyyət və incəsənət sahəsi üzrə müvafiq nüfuzlu ali təhsil müəssisələri üzrə Dövlət Proqramına müraciət etməsi nəzərdə tutulub.
"2022-2026-cı illər üzrə Dövlət Proqramı"na Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş siyahıda yer alan proqramların biri üzrə bakalavriat və magistratura səviyyəsinə qəbul olmağa hazırlaşan və ya sözügedən siyahıda yer alan proqramların birində hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər. Proqrama müraciət portal.edu.az şəxsi kabineti üzərindən həyata keçiriləcək.
"2022-2026-cı illər üzrə Dövlət Proqramı"na müraciət edən zaman namizədlər müvafiq təhsil səviyyələri üzrə tələb olunan sənədləri təqdim etməlidirlər. Tələb olunan sənədlərlə müvafiq linkə daxil olaraq tanış ola bilərsiniz: 
Qeyd edək ki, "2022-2026 Dövlət Proqramı" çərçivəsində dünyanın 21 ölkəsinə aid 139 ali təhsil müəssisəsində 752 nəfər tələbə təqaüd almaq hüququ qazanıb. / marja.az

Maraqlı     Tarix: 13 fevral 2024

Oxşar xəbərlər

Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar

Təhsil müddətində dəyişiklik gündəmdədir – 3 illik bakalavr modeli təklif olunur. "Bakalavr üzrə dörd illik ixtisasların bəzilərini üçillik etmək olar". Bunu elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransınd

Vəliyevin universitetinin xalis mənfəəti 7,6 milyon manata çatıb – 42%-lik artım

"Odlar Yurdu Universiteti" 2025-ci ili 7 milyon 572,9 min manat xalis mənfəətlə başa vurub. universitetin audit olunmuş konsolidə edilmiş maliyyə hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə ali təhsil müəssisəsini

Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir

Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil ediləcək. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərarla müəyyən edilib ki, Naxçıvan Dövlət Universiteti Naxçıva

Artım üzərində qurulmuş dünya sona çatır

Bəzi qrafiklər baş verənləri onlarla proqnoz kitabından daha yaxşı izah edir. Məsələn, yuxarıdakı qrafik kimi. Bu, 1950-ci ildən bəri Avropada demoqrafik yükün strukturudur. 1950-ci ildə əmək qabiliyyətli yaşda olan hər 10

İqtisadi modellər niyə artıq işləmir?

Gələn ay 90 yaşı tamam olacaq nüfuzlu iqtisadçıdan nə öyrənmək olar?. Bu gün mərkəzi banklar tətbiq etdikləri tədbirlərin nə dərəcədə effektiv olduğunu anlamağa çalışarkən qaçılmaz sual ortaya çıxır: uğursuzluqların səbəb

Süni intellekt 2030-cu ildə bəşəriyyəti məhv edəcək? Nvidia-nın rəhbərindən açıqlama

"Nvidia"nın baş direktoru Censen Huanq verdiyi müsahibədə 2030-cu ildə dünyanın sonunun gəlmə ehtimalının sıfır faiz olduğunu bildirib. "Nvidia Corp."un baş direktoru Censen Huanq süni intellektin bəşəriyyə

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Etimad böhranı və 40 trilyon dollarlıq borc: dünya iqtisadiyyatı niyə ABŞ-dən uzaqlaşır?

Amerikanın qlobal iqtisadi sabitliyin dayağı kimi mövqeyi əvvəlki qədər möhkəm görünmür. Tramp administrasiyası artan dövlət borcu ilə üzləşir və sanksiyalardan xarici siyasət aləti kimi daha fəal istifadə edir. Müəllif

Çin əvvəllər Qərbin nəzarət etdiyi yüksək texnologiyalı bazarları necə ələ keçirir?

Dünyada turist obyekti kimi ziyarət edilə biləcək zavodların sayı çox deyil. Lakin Xiaomi-nin nəhəng "hiperzavodu"nda şirkət iki il əvvəl istehsal xətləri üzrə ekskursiyalar təşkil etməyə başlayandan bəri 300 mində


iqtisadi xeberler rubl mezenne biznes ideyalari dollarin kursu bu gun bitcoin