Xəritə dəyişir – Rusiya və Çin üçün "Sibirin gücü"

Xəritə dəyişir – Rusiya və Çin üçün BANKER.AZ — AVROPA SƏRT QIŞA HAZIRLAŞARKƏN, Rusiya qazını nəql edəcək alternativ bazarlar axtarır. Baltik dənizinin dibi ilə inşa edilən "Şimal axını-2" boru xətti istifadəsiz qalıb. Halbuki, Rusiya bu boru xəttinin tikintisinə milyardlarla dollar xərcləyib. Bundan başqa boru xəttinin tikintisiylə bağlı yaranan ekoloji maneələrin aşılması üçün illərlə danışıqlar aparılıb. Rusiya Ukraynaya qarşı işğalçı müharibəyə başladıqdan sonra həm qazın nəqli minimuma endirilib və tamamilə dayandırılması ehtimalı artıb, həm də "Şimal axını – 2" boru xəttinin gələcəyini sual altında qoyub.
Bu arada, Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, "Sibirin gücü – 2" (Сила Сибири-2) boru xətti "Şimal axını – 2" əvəz edə bilər. Rusiya "Sibirin gücü – 2" boru xəttinin tikintisinə 2024-cü ildə başlamaq istəyir. Boru kəmərinin istifadəyə verilməsi isə 2029-cu il üçün nəzərdə tutulub. Rusiya bu boru xətti ilə Çinə daha çox qaz nəql etmək istəyir. Boru xəttinin Sibirlə Çinin uyğurlar yaşayan bölgəsini birləşdirəcək.
"Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağa çalışır", deyə, Bakıda mənzillənən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deib. "Ancaq bu istəyi reallaşdırmaq çətindir. Çünk Çin Rusiya ilə yanaşı Mərkəzi Asiya ölkələrindən də qaz alır və bir ölkədən asılı olmaq istəmir. Əlbəttə, iqtisadiyyatı ildən ilə böyüyən Çinin əlavə enerjiyə ehtiyacı var".
Ancaq Çin digər ölkələr kimi qaz və neftin nəqlinin şaxələndirilməsinə üstünlük verir. Rusiya Çinlə yanaşı Türkiyədə də qaz nəqlinin həcmini artırmağa çalışır. Türkiyə buna hazırdır, sadəcə qazın qiymətində endirimin edilməsinə çalışır. Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan bununla bağlı Şanxay Əməkdaşlıq Təşkilatı toplantısı çərçivəsində rusiyalı həmkarı Vladimir Putindən xahişi olub. Kreml Ankaranın xahişini yerinə yetirməyə hazırdır, bunun qarşılığında ödəmənin bir hissəsi rubla həyata keçirilməsini istəyib.
Qərb ölkələri mavi yanacaqla yanaşı Rusiyadan neft alışını da azaldıblar. E.Şainoğlu deyir ki, Rusiya bu vəziyyətdə neftini alacaq ölkələrin sayını artırmaq məcburiyyətindədir".
Bir sıra ölkə Rusiyanın ağır vəziyyətdə olduğunu müşahidə edərək nefti bu ölkədən daha ucuz qiymətə almağa çalışırlar. Digər tərəfdən "böyük yeddilərə" üzv dövlətlər –  G7, Rusiya neftinin müəyyən qiymətdən sonra artımının qarşısını almaq istəyirlər. Yəni "böyük yeddilər" Rusiya neftinə konkret qiymət qoymaq istəyirlər. Bu Rusiyanın maraqlarına ziddir.
"Business Standard" nəşrinin yazdığına görə Rusiya Hindistana nefti daha ucuz sata biləcəyini açıqlayıb, ancaq bunun qarşılığında Dehlinin "böyük yeddilərin" qərarını dəstəkləməməsini istəyib.

Xəbərlər     Tarix: 23 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti 121 dollardan yuxarı ticarət olunub. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları azalaraq 121,08 ABŞ dollarına düşüb

Pensiyaların ödəniləcəyi TARİX AÇIQLANDI

Avqustun 14-də Bakı və Sumqayıt şəhərlərində, həmçinin Abşeron rayonunda bu ay üzrə pensiya ödənişlərinin həyata keçirilməsi planlaşdırılır. -ın məlumatına görə, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyind

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Ölkədə orta aylıq əməkhaqqı 7% artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı məbləği 1 174,4 manat təşkil edib. Azərbaycanda orta əməkhaqqı bir ayda 2.9 manat artıb. bu barədə Dövlət Statistika Komitəsin

"Meta" Azərbaycanda vergi qeydiyyatına alınır

"Meta" Azərbaycanda vergi qeydiyyatından keçir". xəbər verir ki, bu barədə texnobloqer Fərid Pərdəşünas paylaşım edib. O bildirib ki, artıq reklamverənlər reklam hesablarında VÖEN-lərini göstərərək hazırd

Bu şəxslər işdən çıxarıla bilməyəcək -Yeni təminatlar

Dövlət Qulluğu Məcəlləsinin layihəsində ştatların ixtisarı zamanı bir sıra sosial həssas kateqoriyalara əlavə təminat nəzərdə tutulur. xəbər verir ki, layihəyə əsasən, dövlət qulluqçularının sayı və ya ştatları azaldıldıqd

Qızılın qiyməti BAHALAŞDI

"Comex" birjasında qızılın qiymətində artım qeydə alınıb. Oktyabr ayında çatdırılması nəzərdə tutulan qızıl fyuçerslərinin dəyəri mayın 14-dən sonra ilk dəfə bir trua unsiyası üçün 4 700 dollar həddini keçib. xəbə

Pensiyalar eyni faizlə artırılmayacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb. Qanuna əsasən


iqtisadi xeberler bitkoin bitcoin qiymeti kripto dollar manat kursu