Xəzərin suyunun duzsuzlaşması üzrə 400 milyon dollarlıq - ŞİRKƏT YARADILDI

Xəzərin suyunun duzsuzlaşması üzrə 400 milyon dollarlıq - ŞİRKƏT YARADILDISəudiyyə Ərəbistanının "ACWA Power" şirkəti ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) arasında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması qurğusunun tikintisi üzrə dövlət-özəl tərəfdaşlığı çərçivəsində "Caspian Sea Azerbaijan Project Co" layihə şirkəti yaradılıb.
Azərbaycanda dəniz suyundan içməli su istehsalı zavodunu bu şirkətlər tikəcək - ADLARI AÇIQLANDI
FED.az xəbər verir ki, "ACWA Power"in Səudiyyə Ərəbistanının "Tadawul" fond birjası üçün bəyanatına görə, şirkət layihə strukturunun 100 % səhminə sahib olacaq.
Layihə Sumqayıt Sənaye Parkının ərazisində gündəlik gücü 300 min kubmetr olan dəniz suyunu duzsuzlaşdırılması üzrə zavodun inşasını nəzərdə tutur. Layihə "ACWA Power" və Türkiyənin "IC İçtaş İnşaat" şirkətinin daxil olduğu konsorsium tərəfindən həyata keçirilir.
Layihənin ümumi dəyəri 407 milyon ABŞ dolları təşkil edir.
Razılaşmanın şərtlərinə görə, layihənin icra müddəti 27,5 il müəyyən edilib və bu müddət başa çatdıqdan sonra obyekt ADSEA-nın idarəetməsinə veriləcək. Tikinti işlərinin 2,5 il ərzində başa çatdırılması planlaşdırılır.
Razılaşma layihənin tam reallaşdırılma dövrünü - obyektin layihələndirilməsi, mühəndislik işləri, tikintisi, maliyyələşdirilməsi, istismarı və texniki xidməti əhatə edir.
Zavodun tam istismara verilməsi 2028-ci ilin dördüncü rübünə planlaşdırılır. (Report)

Biznes     Tarix: 29 dekabr 2025

Oxşar xəbərlər

Pampers 23 milyard dollar qazanıb

ABŞ-ın istehlak malları istehsalçısı "Procter & Gamble" (P&G) şirkətinin 2027-ci maliyyə ilinin birinci rübündə satışları illik müqayisədə 4% artaraq 23,3 milyard dollara çatıb. Şirkətin maliyyə nəticələr

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Azərbaycanda yerli və xarici investisiyalı MMC-lərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılacaq. xəbər verir ki, bu barədə "Dövlət rüsumu haqqında" qanuna dəyişiklik layihəsində əks olunub. İndiyədək, anca

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub

"Azərsun Holdinq"in tərkibində fəaliyyət göstərən "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 2026-c

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını

Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ

"Beverage Services" MMC (VÖEN: 1306760391) fəaliyyətinə xitam verilərək "Milla Dairy" MMC-yə (VÖEN: 1300995031) qoşulub. BƏƏ şirkəti Azərbaycan bazarından – GEDİR. biznes və maliyyə xəbərləri portalı xəbə

Emin Ağalarov Bakıda ilk kazinonun açılacağı tarixi açıqladı

"Bakıda ilk "Royale Casino" 2027-ci ilin mayında açılacaq". Bakıdakı kazinoya bəzi şəxslər buraxılmayacaq - EMİN AĞALAROV AÇIQLADI. xəbər verir ki, bu barədə "Sea Breeze" layihəsinin sahibi v

Vüqar Bayramov: "İqtisadiyyat azsaylı böyük bizneslər üzərində qurulmamalıdır"

Azərbaycan iqtisadiyyatı azsaylı böyük bizneslər üzərində qurulmamalıdır. Kiçik sahibkarlara 5 illik vergi güzəşti 10 min vergi ödəyicisini əhatə edəcək. xəbər verir ki, bunu deputat Vüqar Bayramov Milli Məclisin İqtisad


iqtisadi xeberler valyuta xeberleri en son xeberler valyuta kurslari pul qazanmaq