"Xiaomi" ilk qatlanan smartfonunu təqdim edib
"Xiaomi" şirkəti ayrıca satılan portativ printerdən istifadə edərək fotoşəkilləri dərhal çap etmək imkanı olan ilk qatlanan smartfon modelini təqdim edib. Öncədən sifarişlər ötən həftənin cümə günündən qəbul edilir, çatdırılmalar iyulun 23-də başlayır.
Bildirilir ki, Mix Flip adlanan bu yenilik 5 999 yuan və ya 825 dollar qiymətinə olacaq. Ayrıca satılan portativ printerin qiyməti isə 499 yuan və ya 68 dollardır. Çin şirkəti portativ printerin təchizatının məhdud olduğu barədə xəbərdarlıq edib.
Mix Flip 4.01 düymlük xarici, 6.86 düymlük daxili OLED displey, Qualcomm Snapdragon 8 Gen 3 prosessoru, 4780 mAh tutumlu batareya, 32 Mp ön və 50 Mp arxa kamera ilə təchiz edilib.

İşçilərdən birinin sözlərinə görə, şirkət keçən ay artan tələbatı ödəmək üçün Pekinin cənubundakı zavodunda növbələri iki dəfə artıraraq gündə 16 saata çatdırıb. Zavodda 2000-ə yaxın işçi və 700-ə yaxın robot çalışır. / banker.az
İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir
Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə
Almaniya Azərbaycandan neft alışını artırıb
Azərbaycan Almaniyaya 956 min 716,48 ton xam neft ixrac edib. xəbər verir ki, bu mövcud ilin yanvar-oktyabr aylarına dair göstəricilərdir. İxrac olunmuş məhsulun miqdarı 2024-cü ilin 10 ayı ilə müqayisədə 9,3 % çox, dəyər
Paytaxtda mənzillərin qiyməti artır? - VİDEO
Daşınmaz əmlak bazarında qiymət artımı davam edir. -ın "Xəzər" TV-yə istinadən yaydığı məlumata görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev bildirib ki, bahalaşma xüsusilə sahəsi kiçik olan mənzillərd
Fransa Aİ ticarət sazişini qəbul etmir
Fransa hökuməti, Avropa İttifaqı ilə Cənubi Amerika ticarət bloku Mercosur arasında müzakirə edilən ticarət sazişinin hazırkı forması ilə qəbuledilməz olduğunu açıqlayıb. xəbər verir ki, hökumət sözçüsü Maud Brejon çərşənb