XİN-dən Paşinyanın səsləndirdiyi iddialara CAVAB

XİN-dən Paşinyanın səsləndirdiyi iddialara CAVABErmənistanın baş naziri Nikol Paşinyanın 3 avqust tarixində hökumətin iclasında çıxışı zamanı növbəti dəfə Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti, eləcə də ərazi bütövlüyü və delimitasiya məsələsində beynəlxalq ictimaiyyəti yanlış məcraya yönləndirmək cəhdləri etməsi Ermənistan tərəfinin iki ölkə arasında normallaşma prosesinə müsbət töhfə vermək əvəzinə vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində bildirilib.
Ermənistan tərəfinin 15 iyun tarixində Azərbaycan tərəfindən tikilmiş Həkəri körpüsündə, Azərbaycanın suveren ərazisində Azərbaycan bayrağını ucaldan sərhədçilərimizə atəş açmasının baş nazir N.Paşinyanın Azərbaycan tərəfindən təxribat kimi təqdim etməsi bir daha Ermənistanın həyata keçirdiyi təxribatlara bəraət qazandırdığını nümayiş etdirir.
Azərbaycanın Laçın yolunu bağladığı iddiasının heç bir əsasının olmadığı məlumdur. Azərbaycan Ermənistanın "humanitar yük" adı altında əvvəllər hərbi texnika və bir sıra digər qanunsuz daşınmalara cəlb olunmuş nəqliyyat vasitələri ilə Azərbaycana ölkəmizin icazəsi olmadan yüklərin daşınmasının qəbuledilməzliyini dəfələrlə diqqətə çatdırıb. Laçın sərhəd buraxılış məntəqəsinin fəaliyyəti ölkəmiz tərəfindən tənzimlənir və Ermənistanın ölkəmizin ərazisində son üç ilə yaxın dövrdə qanunsuz fəaliyyətlər üçün sui-istifadəni davam etdirdiyi Laçın yoluna girişə və çıxışa nəzarət üçün olduqca böyük əhəmiyyət daşıyır. Beynəlxalq Ədalət Məhkəməsinin də 6 iyul tarixli qərarında bu sərhəd buraxılış məntəqəsinin aradan qaldırılması ilə bağlı müraciəti yekdilliklə rədd etməsi, bir daha Ermənistan tərəfinin iddialarının əsassız olduğunu sübut edib.
6 oktyabr 2022-ci il tarixində Praqa görüşündə təsdiq olunduğu kimi, 1991-ci il Alma-Ata bəyannaməsinin Azərbaycan-Ermənistan arasında sərhədləri müəyyən etdiyini, Alma-Ata bəyannaməsinin delimitasiya üçün əsas kimi qəbul edildiyini bəyan edən baş nazir Nikol Paşinyanın eyni zamanda, Azərbaycana qarşı ərazi iddialarını davam etdirməsi, Azərbaycan ərazisində Ermənistanın işğalı nəticəsində yaradılmış qondarma rejimi təbliğ etməsi Ermənistanın ərazi bütövlüyü və suverenliyə, eləcə də delimitasiya prosesinə sadiq olmadığını nümayiş etdirib.
İnsanlıq əleyhinə cinayət törətmiş şəxs olan Vaqif Xaçatryanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Ermənistan tərəfinə bir daha xatırlatmaq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qanunvericiliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın işğal dövründə azərbaycanlılara qarşı soyqırımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyan şəxsləri müdafiə etmək və onların əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edilməsi işinə dəstək verməlidir.
Ermənistan tərəfi həqiqətən də bölgədə sülh və sabitlikdə maraqlıdırsa, o cümlədən Azərbaycanın ərazi bütövlüyü və suverenliyini yalnız sözdə deyil, əməldə də dəstəkləyirsə, bu kimi təhrikçi addımlardan çəkinməli, Azərbaycan tərəfinin erməni sakinlərin ehtiyaclarının qarşılanması üçün təklif etdiyi "Ağdam-Xankəndi" yolundan və digər alternativ yollardan istifadəni dəstəkləməlidir. Ermənistan tərəfi həmçinin Azərbaycanın erməni sakinlərin reinteqrasiyası üzrə səylərinə maneçilik törətməməlidir.

Xəbərlər     Tarix: 03 avqust 2023

Oxşar xəbərlər

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Azərbaycanda bəzi məhsullar dövriyyədən çıxarılacaq - YENİ QAYDALAR

Texniki tənzimləməyə aid olan hər hansı malın insan üçün təhlükə yaratdığı müəyyən edilərsə, həmin məhsulun bazarda qalmasına icazə verilməyəcək. xəbər verir ki, sözügedən məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye v

İstehsal sektoru çökür, xidmət sektoru dirçəlir

Almaniyanın özəl sektoru noyabr ayı üçün aşağı göstərici nümayiş etdirib. Şirkətlər həm biznes fəaliyyətində, həm də yeni sifarişlərdə daha yavaş artımlar olduğunu bildiriblər. xəbər verir ki, xidmət sektorunun fəaliyyə

"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu

"Karabakh Group" şirkətinin Baş icraçı direktoru vəzifəsinə yeni təyinat olub. xəbər verir ki, şirkətin Baş icraçı direktoru vəzifəsinə Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Baş katibi Ziya Hacılı təyina

Dollar neçəyə olacaq? - AÇIQLANDI

Azərbaycan Respublikası Mərkəzi Bankı manatın rəsmi məzənnəsini açıqlayıb. xəbər verir ki, 15 iyul 2026-cı il tarixindən ABŞ dollarının rəsmi məzənnəsi 1,700 manat təşkil edir

Vergi ödəyicilərinin nağd əməliyyatlarına tətbiq olunan limitlər

"Nağdsız hesablaşmalar haqqında" qanunun 3.3-cü maddəsinə əsasən, bu Qanunun 3.5-ci maddəsinin müddəaları (qanunla yalnız nağdsız həyata keçirilən ödənişlər) nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmı

"Vita Milk" MMC-nin Rusiyadan gətiridiyi yağlarda uyğunsuzluq aşkarlandı - GERİ QAYTARILDI

Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı nəzarət tədbirləri zamanı "Vita Milk" MMC tərəfindən idxal olunan bitki tərkibli spred yağı məhsulundan nümunələr götürülərək müayinə edilib. xəbər verir ki, bu barəd

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Bu şəxslərin pensiyası ARTIRILDI

1300-dən çox işləyən pensiyaçının pensiyası 6 il işlədikdən sonra proaktiv qaydada yenidən hesablanaraq artırılıb. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, yaşa gör


iqtisadi xeberler iqtisadiyyat xeberleri valyuta xeberleri telefonla pul qazanmaq biznes krediti