XİN İranın 4 diplomatımızı "arzuolunmaz şəxs" elan etdiyini təsdiqlədi
"Məlum olduğu kimi, cari ilin aprel ayının əvvəlində İranın ölkəmizdəki Səfirliyinin 4 əməkdaşı diplomatik statusa uyğun olmayan və Diplomatik Əlaqələr haqqında 1961-ci il Vyana Konvensiyası ilə ziddiyyət təşkil edən fəaliyyətlərə görə Azərbaycan hökuməti tərəfindən "persona-non-grata" (arzuolunmaz şəxs) elan edilmişdi".
KONKRET.azxəbər verir ki, bu barədə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadənin Azərbaycanın İrandakı Səfirliyinin və Təbriz şəhərindəki Baş Konsulluğunun əməkdaşlarının İran tərəfindən arzuolunmaz şəxs elan edilməsi ilə bağlı yerli medianın sualına cavabında deyilib.
İran tərəfi, öz növbəsində Azərbaycanın bu addımından bir neçə gün sonra, heç bir əsas olmadan və yalnız qarşılılıq prinsipini bəhanə gətirərək, ölkəmizin İrandakı Səfirliyindən hələ yanvar ayında təxliyə olunmuş 2 nəfər əməkdaşı və Baş konsulluğun 2 nəfər əməkdaşını arzuolunmaz şəxs elan edib.
Ölkəmizə qarşı atılmış bu addım bir sıra problemlərin mövcud olduğu ikitərəfli münasibətlərə xələl gətirir.

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Ev şəraitində pul qazanmağın yolları
Biznesə aid ən yaxşı 10 kitab
Mcdonalds françayzinqi neçiyədir?
Marketinq nə demədir?
Bill Qeyts kimdir?