XİN rəsmi Tehranın açıqlamasına münasibət bildirdi
Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ayxan Hacızadə İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənaninin iyunun 12-dəki şərhinə münasibət bildirib.
KONKRET.az-ın xəbərinə görə, o bildirib ki, son zamanlar Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb:
"Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir".
Xatırladaq ki, İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycanla münasibətlərə toxunarkən bildirib ki, diplomatik tədbirlər nəticəsində gərginliyin nəzarət altına alınması ilə bağlı müsbət nəticə əldə edildiyinə inanır: "Hazırda gərginlik mərhələsindən yeni mərhələyə keçid və Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin rəsmi fəaliyyətini bərpa etmək üçün danışıqlar mərhələsindəyik. Yeni praktik addımlar atmaq üçün dialoqa və fikir mübadiləsinə ehtiyacımız var".

AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Mərkəzi "Bank Respublika" - "AccessBank" sövdələşməsinin bank sektoruna təsirini açıqlayıb
"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bakı Biznes Mərkəzi Mədəniyyət Nazirliyinin tabeliyinə verildi - QƏRAR
AİB Direktorlar Şurasının üzvləri Gəncədə Bank Respublika-nın maliyyələşdirdiyi bizneslərlə tanış olublar
"Prior Credit" BOKT ASC nizamnamə kapitalını 48% artıraraq 3,1 milyon manata çatdırıb
Bir Azərbaycanın rəqəmsal transformasiya təcrübəsini Ər-Riyadda "Money20/20 Middle East" tədbirində təqdim edib
"Bank of America" FED-dən bu il daha iki faiz artımı gözləyir
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Elon Musk kimdir?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?
Biznesə aid ən yaxşı 10 kitab
Biznes qurmaq istəyənlərə 10 sadə məsləhət
Necə Bitcoin almaq olar?