"Yandex" 2024-cü ildə kuryer-robotların sayını iki dəfə artırmaq istəyir
"Yandex" 2024-cü ildə çatdırılma xidməti göstərən robotlarının sayını 130-dan 260-a yüksəltmək niyyətindədir.
Bu barədə "Yandex" məlumat yayıb.
Şirkət, həmçinin "sonuncu mil" (yekun istehlakçıya çatdırılma) modelinə uyğun olaraq, öz robotlarını digər şirkətlərə icarəyə verməyi planlaşdırır. Əməkdaşlıq çərçivəsində "Yandex" onlara texniki dəstək və zəmanətli xidmət göstərəcək.
"Hazırda şirkət böyük supermarketlər zəncirindəki, kofe-şoplardakı və fast-fud restoranlardakı məhsulların çatdırılması üçün robotların tətbiq olunmasını müzakirə edir. Çatdırılma xidməti göstərən təxminən 15 robot əhalisi beş min nəfər olan yaşayış məntəqəsinə yemək və məhsulların tədarük edilməsi üçün kifayət edir", – deyə şirkətdən bildirilib.
"Yandex"in digər perspektivli sifarişçiləri arasında otellər və mağazalar, yaşayış kompleksləri, yaradıcılıq klasterləri və universitet kampusları da var.
"Yandex"in kuryer robot xidməti 2019-cu ildə işə salınıb. Onlar Moskvada daxil olmaqla, iri şəhərlərdə fəaliyyət göstərir. Xidmət işə salındığı vaxtdan robotlar 600 min kilometr yol qət ediblər. / marja.az

"The Digital Banker" ABB-ni Azərbaycanın ən yaxşı süni intellekt əsaslı bankı seçib
Avropa şirkətləri Azərbaycanda dövlət qurumlarından biznesə daha çox dəstək gözləyir
Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır
Xaçmazda fındıq bağını sığortalamaq neçəyə başa gəlir? – ŞƏRTLƏR, MƏBLƏĞLƏR
Son bir ildə Qarabağ və Naxçıvana investisiya yatıran Avropa şirkətlərinin sayı xeyli artıb
"Səhər 9-da sağlam, saat 2-də isə xəstə
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Kiçik biznesin böyük hədəflərinə Ziraat Bank Azərbaycandan sərfəli maliyyə dəstəyi
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
PAŞA Bankın səhmləri bu ay 5 faizə yaxın bahalaşıb – İlkin yerləşdirmə qiymətinə yaxınlaşıb
"iPhone 15" modelinin üstünlükləri
Ən bahalı otellər hansılardır?
İnvestisiyanın necə cəlb etmək olar?
Kriptovalyuta nədir və necə alınır?
Hazır biznes, yoxsa sıfırdan qurulan biznes?