Yaponiya Mərkəzi Bankı faiz artırdı
Yaponiya Mərkəzi Bankı (BOJ) əsas faiz dərəcələrini qaldırıb və dövlət istiqrazlarının alışını azaltmağa qərar verib.
Marja xəbər verir ki, BOF faizini 0,1%-dən 0,25%-ə yüksəldib.
BOJ mart ayında mənfi faiz siyasətinə son qoyub.
BOJ, əvvəllər təxminən 6 trilyon yen olan aylıq JGB (Yaponiya Hökumət İstiqrazı) alışlarını 2026-cı ilin yanvar-mart dövründə 3 trilyon yenə qədər azaldacağını bildirib.
Faiz qərarı ilə birlikdə açıqladığı rüblük proqnozunda BOJ, inflyasiyanın 2% hədəfinə yaxın qalacağı fikrinə sadiq qalıb.
BOJ, dəyişkən təzə ərzaq qiymətləri istisna olmaqla, əsas istehlakçı inflyasiyasının 2025-ci ilin martında sona çatan ildə əvvəlki 2,8% proqnozla müqayisədə 2,5% təşkil edəcəyini gözlədiyini bildirib. FOJ, ümumi istehlak qiymətləri indeksinin 2026-cı ilin martında bitən ildə 2,1%, gələn il isə 1,9% artacağını proqnozlaşdırır.
Həmçinin BOJ Yaponiya iqtisadiyyatının cari maliyyə ilində əvvəlki hesabatında proqnozlaşdırılan 0,8% artımla müqayisədə 0,6% artacağını proqnozlaşdırıb. Mərkəzi Bank, həm 2026-cı ilin martında bitən, həm də növbəti ildə 1,0% artım proqnozlaşdırır.
Yaponiya Mərkəzi Bankı, dünyanın ən böyük iqtisadiyyatlarından birinin daha güclü iqtisadi artımı davam etdirə biləcəyi ümidi ilə inflyasiyanı təşviq etmək üçün illərdir faiz dərəcələrini sıfıra yaxın və ya aşağı səviyyədə saxlayırdı. / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Dünyanın ən dəyərli avtomobil şirkətləri
Fond birjası nədir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Bill Qeyts kimdir?
Biznes təlimlər və tədris üsulları