Yardımlıda məktəb direktoru baldızını onunla evlənməyə məcbur edib? - FOTO

Yardımlıda məktəb direktoru baldızını onunla evlənməyə məcbur edib? - FOTOYardımlı rayonunda yaşayan qadın ailəsindən canını qurtaraq ayaqyalın, uşağı ilə birlikdə Bakı şəhərinə gəlib. Buna səbəb onun bacısının həyat yoldaşı ilə evlənməyə məcbur edilməsi olub.
azxeber.com xəbər verir ki, bu barədə "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova sosial şəbəkədə bildirib. Onun sözlərinə görə, qızın ailəsi də bu izdivacda həmin "Ər"ə yardım ediblər:
"Həmin bəy, qızın xəbəri olmadan kəbin kəsdirib və deyib ki "Sən mənim kəbinli arvadımsan". "Ər" qızı boğaraq onula zorla münasibətdə olmasını tələb edib. Orta əsr qaydalarını icra edən gələcək "Ər" Yardımlı rayonu Arvana kənd məktəbinin direktorudur.
Mümükünsə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi bu direktorla məşğul olsun. Əgər bu belədirsə, həmin məktəbdə orta əsr adətlərinin mövcud olması qaçılmazdır.
Yardımlı polis əməkdaşı mənə zəng vurdu, bizdə Yardımlı sakini olub-olmadığını soruşdu. Biz də onu məlumatlandırdıq. Dedi həmin "Ər" gəlib qızı götürmək istəyir. Xəbərdarlıq etdim ki, yeri qətiyyən bildirməyin. 3 saat keçmədən bu polis əməkdaşı bütün nəslini yanına alıb gəldi.
Həmin polisə yeri bildirməmək kimi məsuliyyətlə bağlı məlumatlandırıldığını bildirsə də, adam axtarışa verilib, gətirməliydim. Qardaş polisin yanında əməkdaşmıza hədə qorxu gəlib, amma polis bu hədənin qarşısını almayıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyindən xahiş edirik ki, orta əsr qaydalarını dəstəkləyən polislə bağlı ölçü götürsünlər. Yeri gəlmişkən, qadının və uşağının sənədləri girov saxlanılıb. Həmin sənədlər mümkünsə alınıb şəxsin özünə verilsin.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi olaraq belə başa düşdüm ki, Yardımlı rayonunda davamlı monitorinqlərə ehtiyac var. Əgər belə orta əsr qaydaları tətbiq edilirsə...".
Mehriban Zeynalova Binəqədi rayon Polis idarəsinin Xidmət üzrə müavini polis polkovnik-leytenantı Axundov Vüsal Həsən oğluna təşəkkürünü bildirib. Qurum rəsmisi, Vüsal Axundov tərəfindən həmin qadına dərhal ilkin yardım göstərildiyini, uşağa və anasına yemək verildiyini, hər ikisinə ayaqqabı alındığını və sığınacağa yönləndirildiyini bildirib. 
Yardımlıda məktəb direktoru baldızını onunla evlənməyə məcbur edib? - FOTO

Xəbərlər     Tarix: 15 sentyabr 2022

Oxşar xəbərlər

Azərbaycanda həftəlik və aylıq dəmiryol biletləri yaradılacaq

Regionlara turist səfərlərinin təşviq edilməsi istiqamətində işlər görüləcək. xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında turizmin inkişafına dair 2026-2030-cu illər üçün Dövlə

Müəssisələr vəsaitlərini qanundankənar xərcləyə bilər - Yeni təklif

"Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqinin (AZCON Holding) müəssisələrinə öz vəsaitlərini dövlət satınalmalarından kənar xərcləmək hüququ verilə bilər". Azərbaycanda 7 ayda haqsız rəqabətlə bağlı 37 subyekti

Əczaçılıq məhsullarının idxalına çəkilən xərc azalıb

Azərbaycan 424,755 milyon ABŞ dolları dəyərində əczaçılıq məhsulları idxal edib. xəbər verir ki, göstərici 2025-ci ilin yanvar-oktyabr aylarına məxsusdur. Dövlət Gömrük Komitəsinə istinadən verilən xəbərə görə, bu, 2024-c

Bakı Şəhər İcra Hakimiyyətinin bir sıra müəssisələri MMC kimi fəaliyyət göstərəcəklər

Nazirlər Kabineti Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində olan bir sıra müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi haqqında qərar qəbul edib. xəbər verir ki, bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb

Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq

30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind

Vergi borcunu ödəməkdə çətinlik çəkənlərə GÜZƏŞT

2027-ci ildə Azərbaycanda vergi inzibatçılığının gücləndirilməsi ilə yanaşı, vergi ödəyicilərinə münasibətdə daha yumşaq yanaşmaların tətbiqi də nəzərdə tutulur. xəbər verir ki, bu, 2027-ci ilin dövlət büdcəsi layihəsind

Aviabiletlər əlçatan olacaq: Azərbaycana aşağıbüdcəli aviaşirkətlər cəlb ediləcək

Azərbaycanda hava gəmisi istismarçılarının uçuş coğrafiyasının genişləndirilməsi, mövcud destinasiyalar üzrə uçuş tezliyinin, həmçinin aviabilet qiymətlərinə əlçatanlığın artırılması və regional hava limanlarının potensialında

Böyük Britaniyanın sənaye istehsalı ən kəskin şəkildə azalıb

Böyük Britaniyanın istehsal sektoru noyabr ayının sonunda bitən üç ayda 2020-ci ilin avqust ayından bəri ən kəskin azalma qeydə alıb. İstehsalın azalması gələn həftənin illik büdcəsi öncəsi qeyri-müəyyənlikdən qaynaqlanıb

"ƏDV geri al" mexanizminin tətbiq sahələri genişləndirilir

"ƏDV geri al" mexanizmi artıq bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə şamil olunacaq. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarıla


iqtisadi xeberler kicik biznes depozit faizleri biznes ideyalari emlak xeberleri