"Yelo Bank" artıq Qəbələdə
"Yelo Bank" ASC regionlarda xidmət şəbəkəsini genişlənməyə davam edir. Bank bu dəfə Qəbələdə yeni rəqəmsal filialını istifadəyə verdi.
Bankın digər filialları kimi "Parlaq Bankçılıq" şüarına uyğunlaşdırılmış "Qəbələ" filialı yüksək səviyyədə xidmət göstərmək üçün bütün zəruri imkanlara malikdir.
Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır. Filialda nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, fasiləsiz rejimdə hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.
Mədaxil və məxaric əməliyyatları üçün filialın 24/7 xidmət sahəsində quraşdırılmış yeni nəsil ATM və terminalı damüştərilərin istifadəsindədir.
Filialın açılışı ilə bağlı "Yelo Bank"ın İdarə Heyətinin sədri Anar Həsənov Parlaq bankçılığı Qəbələ sakinlərinə təqdim etməkdən şad olduğunu bildirib: "Müştərilərə daha çevik, keyfiyyətli xidmət göstərmək üçün nəinki məhsullarımızı, eləcə də filiallarımızı rəqəmsallaşdırırıq, "Qəbələ" filialı bu il regionlarda istifadəyə verdiyimiz sayca 3-cü filialdır. Xidmət şəbəkəmizin, xüsusilə, regionlarda genişləndirməyimizdə əsas məqsəd ölkənin real sektoruna hərtərəfli dəstək olmaqdır. Qəbələdə də sahibkarlığın inkişafı üçün geniş potensial var. İlin sonunadək ölkənin digər bölgələrində də eyni konseptdə filialları açmağı planlaşdırırıq."
"Yelo Bank"ın yeni filialı Qəbələ şəhəri, Nizami Gəncəvi küçəsi 1 ünvanında fəaliyyət göstərir.
Bank xidmətləri, o cümlədən, kredit, xaricə köçürmələr və depozit haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram və ya Whatsapp hesablarımıza yazın.
"Yelo Bank" – Parlaq bankçılıq!





"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var
Bitcoin nədir?
CV hazırlayarkən buraxılan 5 səhv
Birbank xidmətinə necə qoşulmaq olar?
ZARA-nın uğur hekayəsi
Biznes plan necə yazılır?