"Yeni vergi qanunvericiliyinin hazırlanması üçün xarici məsləhətçi dəvət edilib"
Azərbaycanda vergi qanunvericiliyinin tamamilə yeni struktur əsasında qurulması nəzərdə tutulur.
Bu barədə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva deyib.
S. Musayeva bildirib ki, yeni vergi qanunvericiliyinin hazırlanması üçün xarici məsləhətçi şirkət dəvət edilib:
"Qanunvericiliyin həm mahiyyət etibarilə, həm də də struktur olaraq dəyişilməsi nəzərdə tutulur. Vergi qanunvericiliyinin əlçatan, sadə və stabil olması bizim əsas hədəflərimizdəndir. Buna görə də qanunvericilik illər ərzində mahiyyət etibarilə təkmilləşdirilsə də, struktur olaraq həm də biznesin daha sadə şəkildə vergi qanunvericiliyini mənimsəyə bilməsi üçün yenidən baxışa ehtiyacı var idi".
Dövlət Vergi Xidmətinin rəis müavini əlavə edib ki, bu, bir geniş layihədir və nə vaxt yekunlaşacağını indidən tam dəqiq demək olmaz.
Qeyd edək ki, Vergi Məcəlləsi 2001-ci il yanvarın 1-dən qüvvəyə minib və hər il sənədə dəyişikliklər edilir.
5 ilədək dəyişməz 14,5%-dən zaminsiz, komissiyasız 40 000 manatadək kredit
"Report" / marja.az

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Françayzinq nədir və necə olur?
Cv hazırlayarkən nələrə diqqət yetirməliyik?
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən zəngin idmançıları