YouTube Trampa 22 milyon dollar ödəyəcək
Trampın 6 yanvar 2021-ci ildə Konqresə hücumdan sonra hesabının dayandırılması səbəbilə həmin il YouTube-a qarşı açdığı məhkəmə üzrə qərar verilib.
Biznes.az xəbər verir ki, bu barədə "Wall Street" journalı məlumat verib. Belə ki, YouTube-un ödəyəcəyi 24,5 milyon dolların 22 milyonu Trampa ödəniləcək.
Qalan 2,5 milyon dollar isə yazıçı Naomi Wolf və Amerika Mühafizəkarlar Birliyi (ACU) daxil olmaqla digər iddiaçılara bölüşdürüləcək.
ABC News dekabr 2024-cü ildə Trampa qarşı açılan böhtan iddiasında 15 milyon dollar təzminat ödəyəcəyini açıqlamışdı.
Qeyd edək ki, Tramp dekabr 2024-cü ildə "60 Minutes" proqramında Demokrat rəqibi Kamala Harris ilə aparılan müsahibəni yanıltıcı şəkildə tərtib etmək ittihamı ilə CBS News televiziyasına qarşı 20 milyard dollarlıq təzminat iddiası qaldırmışdı. CBS News-un əsas şirkəti olan Paramount Global isə iyul ayında davada 16 milyon dollar ödəməyi qəbul edərək razılığa gəlmişdi.
Trampın 6 yanvar 2021-ci ildəki Konqres hücumu səbəbilə Facebook hesabının bağlanmasından sonra, özünə "senzura tətbiq edildiyi" iddiası ilə ilin əvvəlində açdığı məhkəmədə isə razılığa gəlinmiş və Meta təxminən 25 milyon dollar ödəməyi qəbul etmişdi.

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
ING AMB-nin uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılacağını gözləyir
Bill Qeyts kimdir?
Birbank xidmətinə necə qoşulmaq olar?
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznes plan necə yazılır?
Dünyanın ən varlı 10 adamı