"YouTube" yuxu taymerini işə salır
"YouTube" tətbiqin mobil versiyasına yuxu taymeri funksiyasını əlavə etmək niyyətindədir. Bu barədə məlumat proqramın Android üçün ən son versiyasına yüklənmiş kod sətirlərində tapılıb.
Şirkət qeyd edir ki, istifadəçilər tez-tez "YouTube"da videolara baxarkən yuxuya getməyi xoşlayırlar, lakin taymer təyin etmək imkanı olmadığından video davam edir və trafiki, o cümlədən cihazın şarj səviyyəsini xərcləyir.
"YouTube" buna diqqət yetirib və yeni funksiya videoda taymer təyin etməyə imkan verəcək. Əgər istifadəçi hələ də yuxuya getmirsə, o, taymeri sıfırlayıb videoya baxmağa davam edə bilər.
Yuxu taymeri artıq "YouTube Music" proqramında mövcuddur, lakin əsas versiyada yenilik bir qədər sonra görünəcək. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv