"YouTube"dan daha bir YENİLİK
"Google" şirkəti "YouTube" üçün "Hype" funksiyasının sınaq versiyasını istifadəyə verib.
Qeyd olunub ki, onun məqsədi kiçik kanalların müəlliflərinin izləyicilərinin sayını artırmaqdır.
Yenilik hazırda 500 minə qədər abunəçisi olan kiçik kanalların izləyiciləri üçün nəzərdə tutulub. "Hype" funksiyası izləyicilərə yeddi gün ərzində yayımlanan videoları irəli çəkməyə imkan verir.
Hazırda "Hype" düyməsi Braziliya, Türkiyə və Tayvandan olan istifadəçilər üçün əlçatandır.
Eksperimental funksiyanın digər istifadəçilər üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb. Həmçinin, "Google"un bu funksiyanı pullu etməyi planlaşdırıb-planlaşdırmadığı da məlum deyil.
Qeyd edək ki, "YouTube" şirkəti daha əvvəl videolara qeydlər əlavə etmək funksiyasını istifadəyə verəcəyi ilə bağlı məlumat yayıb. / banker.az

"Bitcoin" yenidən 81 min dolları ötüb - SON QİYMƏT
AMB: Kommersiya banklarını birləşməyə məcbur etmirik
Vergi borcu yaranan keytrinq şirkəti – MÜFLİS OLDU
Milyonlar qazandıran qəribə biznes ideyaları
İşəgötürənlərin müsahibə zamanı ən çox verdiyi suallar
Dünyanın ən varlı 10 adamı
Biznes qurmaq üçün nə lazımdır?
CV hazırlayarkən buraxılan 5 səhv