Zakir Nuriyev: "Banklardakı depozitlərin ümumi həcmi artmaqdadır"

Zakir Nuriyev: "İslahatlar nəticəsində cari ildə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının 67%-i nağdsız formada həyata keçirilib. Cari ilin 4 ayı üzrə ölkə daxilində elektron ticarət dövriyyəsi keçən ilin müvafiq dövri ilə müqayisədə 1.4 dəfə artıb".
Bunu Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev bu gün Bakıda keçirilən "FINTEX SUMMIT 2025 – Maliyyə və Texnologiyalar Sərgisi"ndə çıxışı zamanı deyib.
O qeyd edib ki, 2025-ci il aprelin sonu üçün bank sektorunun aktivləri təqribən 54.6 milyard manat təşkil edir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.9% çoxdur:
"Ötən ilə nisbətdə aktivlərin həcmi ilə yanaşı, aktivlərin artım tempi də yüksəlib. Bununla birlikdə, bankların kredit portfelinin həcmi də son 12 aylıq müqayisədə 14% artaraq, hesabat dövründə 28.1 milyard manata çatıb.
Biznes kreditlərinin artım tempi də ikirəqəmli həddə qalıb və 11% olaraq müşahidə edilib. Beləliklə, real sektora verilən kreditlərin həcmi 15 milyard manat olmaqla, ümumi kredit portfelinin 53%-dən böyük hissəsini əhatə edir. Kreditlərin dollarlaşma əmsalı isə 15.2% təşkil etməkdədir, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3.5 faiz bəndi azdır".
Z.Nuriyev qeyd edib ki, cari ilin aprel ayının sonuna vaxtı keçmiş kreditlərin portfeldəki payı 1.7% təşkil edib:
"Hesabat dövründə banklardakı depozitlərin ümumi həcmi illik 3.9% artaraq, 36.7 milyard manat olub. Fiziki şəxslərin əmanətlərinin həcmi isə 14.5 milyard manata bərabərdir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10.1% çoxdur. Daha ürəkaçan göstərici isə müddətli əmanətlərin həcmi ilə bağlıdır. Belə ki, 2025-ci ilin aprel ayında fiziki şəxslərin müddətli əmanətlərin həcmi 9.1 milyard manatı ötüb ki, bu da illik müqayisədə 23.2% artım deməkdir. Bu da əsasən yeni bank müştərilərinin hesabına olub: 2025-ci ilin ilk 4 ayı ərzində unikal (müddətli) əmanətçilərin həcmi 7.5% və ya 11 337 nəfər artaraq 161 856 nəfərə çatıb".
Z.Nuriyev bildirib ki, depozitlərin manatlaşma əmsalı 41.7% olsa da, fiziki şəxslərdə bu hədd 33.7% təşkil edir: "Bunlarla yanaşı, bankların kapital mövqeyi də güclənmiş, sektorun cəmi balans kapitalı illik 10.4% artımla 7 milyard manat həddinə çatıb. 2025-ci ilin ilk 4 ayında banklar 339.8 milyon manat mənfəət və 1.5 milyard manat faiz gəliri əldə etdiyini müşahidə edirik".
"Hesabat dövründə bank kartlarının sayı illik 17% artımla 20.7 milyon ədəd təşkil edir. Bu artımın böyük bir hissəsi isə təmassız kartların hesabına baş verib. Ümumilikdə isə ölkədəki ödəniş kartlarının 81%-i təmassız ödənişləri dəstəkləməkdədir. POS-terminallar vasitəsilə edilən ödənişlərin isə 95%-dən çoxu da məhz təmassız ödənişlərin payına düşməkdədir.
"Bu il ərzində ödəniş kartları ilə həyata keçirilən əməliyyatların 67.1%-i nağdsız əməliyyatlardır (5 faiz bəndi artım). Kartlarla edilən nağdsız əməliyyatların həcmi 2025-ci ilin ilk 4 ayında cəmi təqribən 30 mlrd. olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 33.8% çoxdur", – deyə ABA sədri fikrini tamamlayıb. / banker.az

Banklar     Tarix: 25 iyun 2025

Oxşar xəbərlər

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil

Azərbaycan Mərkəzi Bankı (AMB) bank olmayan kredit təşkilatlarının (BOKT) verdiyi yüksək faizli gündəlik kreditlərlə bağlı tənzimləmə tələblərini daha da sərtləşdirməyi planlaşdırır. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

"PAŞA Kapital" "Ziraat Bank Azərbaycan"ın 15 milyon manatlıq istiqrazlarını uğurla yerləşdirib

Azərbaycanın kapital bazarlarının liderlərindən biri olan "PAŞA Kapital" İnvestisiya Şirkəti növbəti korporativ istiqraz emissiyasının yerləşdirilməsini uğurla tamamlayıb. Belə ki, "Ziraat Bank Azərbaycan"

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib

Azərbaycan Mərkəzi Bankının 2024–2026-cı illəri əhatə edən Maliyyə Sektorunun İnkişafı Strategiyasında nəzərdə tutulan hədəf və təşəbbüslərin təxminən 85 faizi indiyədək icra olunub. xəbər verir ki, bunu Azərbaycan Mərkəz

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

ABB 26 oktyabrdan istiqraz emissiyasının növbəti mərhələsinə start verib. Bu mərhələdə Bank kapital bazarına 8-ci və 9-cu istiqraz buraxılışlarını təqdim edir. Emissiyanın ümumi həcmi 15 00 00 AZN-dir. İstiqrazların nomina


iqtisadi xeberler bu gunun xeberleri bank faizleri depozit faizleri dollarin kursu bu gun