"Zeytun bağları" beynəlxalq elmi konfransa dəstək verib - FOTOLAR
Prezident İlham Əliyevin sərəncamına əsasın 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan edildikdən sonra ölkəmizdə ekoloji istiqamətli bir sıra tədbirlər keçirilir.
FED.az xəbər verir ki, həm dövlət, həm də özəl qurumların təşkilatçılığı ilə maarifləndirici görüşlər təşkil edilir.
Daim ekoloji sosial layihələri dəstəkləyən "Zeytun bağları" da bu sahədə fəal iştirak edir.
Belə ki, Heydər Əliyev Mərkəzində baş tutan VI İqtisadiyyat və İdarəetmə Sahəsində Tədqiqatçıların Beynəlzalq Elmi Konfransında "Zetyun Bağları" markası da qatılıb.
Azərbaycan Dövlət İqtisad Universiteti, Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən bu konfransda iştirak edən yerli və xarici qonaqlara zeytun tingləri hədiyyə edilib.
Bununla bərabər layihə çərçivəsində Nəriman Nərimanov rayonu ərazisində "Zeytun bağları" markasının dəstəyilə ağacəkmə aksiyası keçirilib, müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş ərazidə yüzlərlə zeytun ağacı əkilib.
Qeyd edək ki, ətraf mühitin qorunmasına, ekoloji vəziyyətin yaxşılaşdırılmasına xüsusi həssaslıqla yanaşan "Zeytun bağları" #yaşılgələcək şüarına sadiqq qalaraq, bu istiqamətdə müxtəlif layihələr həyata keçirir.

EIB "Bank Respublika" və "AccessBank"ın birləşməsi ilə əldə etdiyi kompensasiyanın detallarını açıqlayıb
BOKT-un mənfəəti 5 dəfəyə yaxın artıb - Kredit portfeli 15,7 milyon manata çatıb
"PAŞA Həyat"ın ödənişləri 548 milyon manatı keçib, xalis mənfəəti artıb
"PAŞA Sığorta"da yığımlar artaraq 309 milyon manata çatıb, ödənişləri isə 131 milyon manata yaxınlaşıb
"A-Qroup"un mənfəəti 34% artıb, sığorta ödənişləri azalıb
"Xalq Həyat"ın mənfəəti artıb, sığorta ödənişləri azalıb
"İpək Yolu Sığorta"nın yığımları 75%, mənfəəti 53% artıb
Dövlət şirkətinin əmlak satışlarının müsabiqə vaxtı uzadıldı
ING: Azərbaycan Mərkəzi Bankı 2027-ci ildə uçot dərəcəsini sabit saxlayacaq
Elon Musk kimdir?
Ən varlı "youtube" blogerlər nə qədər qazanır?
Digital Card nədir?
İlon Mask kimdir?
Az pulla hansı işi qurmaq olar?