10 şirkəti olan və 1,5 milyon vergini ödəməmiş Natiq Qasımov 7 il azadlıqdan məhrum edildi

10 şirkəti olan və 1,5 milyon vergini ödəməmiş Natiq Qasımov 7 il azadlıqdan məhrum edildiİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi cinayətləri ilə mübarizənin effektivliyinin artırılması məqsədilə beynəlxalq təcrübədə istifadə olunan "çəkindirmə" metodlarından ("naming and shaming") istifadəni və bu çərçivədə vergi cinayəti törətmiş şəxslərlə bağlı məlumatların açıqlanmasını davam etdirir.
Bu barədə xidmətin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, vergi cinayətləri sahəsində rast gəlinən əsas hallardan biri müxtəlif çoxsaylı hüquqi şəxslərin yaradılması, faktiki fəaliyyət göstərərək gəlirlər əldə edilməsi, bununla belə, sahibkarlıq faəliyyətindən gəlirlər və xərclər barədə vergi orqanlarına təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edilməsi ilə bağlıdır.
Belə fəaliyyətlə məşğul olaraq xüsusilə külli miqdarda vergiləri dövlət büdcəsindən yayındıran şəxslərdən biri Qasımov Natiq Şərəddin oğludur. Bakı şəhərində anadan olmuş vətəndaş N.Qasımov eyni zamanda bir neçə vergi orqanında vergi ödəyicisi kimi qeydiyyata alınaraq müxtəlif müəssisələrin rəhbəri kimi fəaliyyət göstərib. Belə ki, o, 3 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Biznes-Qrup" MMC və "Toodor-2017" MMC-nin, 2 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Texniki Kompleks 2016" MMC və "Alyans Təminat" MMC-nin, Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Life LT" MMC və "Lezko-BB" MMC-nin, 6 saylı Ərazi Vergilər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Bizness-Elit" MMC, "İSB Country" MMC və "MTS-2015" MMC-nin, 5 saylı Ərazi Vergilər İdarəsində vergi ödəyicisi kimi qeydiyyata alınan "Kristal LTD" MMC-nin faktiki rəhbəri olub.
N.Qasımovun digər şəxslərlə birgə rəhbərlik etdiyi 10 müəssisə üzrə aparılan cinayət işinin istintaqı zamanı xüsusilə külli miqdar təşkil edən vergilərin – 1,5 milyon manatdan çox vəsaitin dövlət büdcəsinə ödəməkdən yayındırıldığı məlum olub. Bu səbəbdən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunması barədə qərar qəbul edilib, lakin əvvəllər də eyni əməli törətdiyinə görə məhkəmənin hökmü ilə təqsirli bilinərək həbs olunduğundan və hazırda cəza çəkdiyindən barəsində qətimkan tədbiri seçilməyib.
Cinayət işi üzrə aparılan istintaq yekunlaşaraq, ittiham aktı Azərbaycan Respublikası Baş Prokurorluğuna təqdim olunub, oradan isə baxılması üçün məhkəməyə göndərilib. Yasamal Rayon Məhkəməsinin 08.05.2023-cü il tarixli hökmü ilə Qasımov Natiq Şərəddin oğlu Cinayət Məcəlləsinin 213.3-cü maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Əvvəlki hökmü də nəzərə alınmaqla, ona qəti olaraq 3 il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında maddi və məsul vəzifə tutma və sahibkarlıq fəaliyyəti ilə məşğulolma hüququndan məhrum edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Dövlət Vergi Xidməti bildirir ki, sahibkarlıq fəaliyyətindən gəlirlər və xərclərin uçotunun aparılması, gəlirlərin vergi orqanlarına düzgün bəyan olunması, dövlət büdcəsinə vergilərin vaxtında və tam şəkildə ödənilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilir. Təqdim edilmiş bəyannamələrə bilərəkdən təhrif olunmuş məlumatlar daxil edilməsi, vergilərin dövlət büdcəsindən yayındırılması, yayındırılmış vergilərin həcmindən asılı olaraq, inzibati və cinayət məsuliyyəti yarada bilər. Vergi cinayətlərinə yol verən, xüsusilə də külli miqdarda vergiləri büdcədən yayındıran şəxslərin adlarının ictimaiyyətə açıqlanması davam etdiriləcək. / marja.az

Maliyyə     Tarix: 14 noyabr 2023

Oxşar xəbərlər

Vergi Xidməti proqnozdan 218 milyon manat çox vergi yığıb

2026-cı ilin yanvar-iyun ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olub ki, bu da proqnoza nisbətən 217,7 milyon manat çoxdur

Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib

2026-cı ilin yanvar-may aylarında Azərbaycana 1 milyard 130 milyon 813,6 min dollar dəyərində yeyinti məhsulları idxal olunub. 2025-ci ilin eyni dövründə bu göstərici 1 milyard 64 milyon 125,9 min dollar idi. Yeyinti məhsullar

"İqtisadi artım üzrə işçi qrupu"nun növbəti iclası keçirilib

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" çərçivəsində iqtisadi artımın və rəqabətqabiliyyətliliyin təmin edilməsi istiqamətində görülmüş işlər, tədbirlərin icra vəziyyət

Maliyyə Nazirliyi büdcə proqnozunu yenilədi: ilin sonunda kəsir 1,5 milyard manata düşə bilər

Azərbaycanın 2026-cı il üzrə dövlət büdcəsinin gəlirlərinin təsdiqlənmiş göstəricidən 756 milyon manat çox, xərclərinin isə 841 milyon manat az olacağı gözlənilir. Nəticədə ilin sonuna dövlət büdcəsinin kəsirinin təsdiqlənmi

Ərazilərin minalardan təmizlənməsinə ötən il 74,8 milyon manat xərclənib

Ötən il azad olunmuş ərazilərin minalardan təmizlənməsinə xərclənən vəsait açıqlanıb. Bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbayca

Ölkəyə 5 min ton daha az düyü gətirilib

2026-cı ilin ilk yarısında Azərbaycana 25 min 608,64 ton düyü idxal olunub. İdxal olunan düyünün statistik dəyəri 22 milyon 511,34 min ABŞ dolları təşkil edib. Dövlət Gömrük Komitəsinin xarici ticarət üzrə gömrük statistikasın

ABŞ-də FED-in izlədiyi əsas inflyasiya göstəricisi açıqlandı

ABŞ Mərkəzi Bankının (FED) pul siyasəti qərarları üçün yaxından izlədiyi baza şəxsi istehlak xərcləri qiymət indeksi (baza PCE) üzrə iyul göstəriciləri açıqlanıb. . Ərzaq və enerji kimi dəyişkən komponentləri nəzərə almaya

Sənaye parkları rezidentlərinin idxal etdiyi ƏDV-dən və gömrük rüsumlarından azad olunan texnikaların siyahısı təsdiqlənib

Sənaye və texnologiyalar parklarının idarəedici təşkilatı və operatoru tərəfindən idxal edilən, əlavə dəyər vergisindən və gömrük rüsumlarından azad olunan texnika, texnoloji avadanlıq və qurğuların siyahısı təsdiq edilib

Azərbaycanda aksiz əməliyyatı: 6 min ədəddən çox alkoqollu içki və 5 min litrə yaxın pivə müsadirə edilib

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən aksizli malların dövriyyəsinə nəzarətin gücləndirilməsi, istehsal və satış sahəsində şəffaflığın artırılması, eləcə də vergi qanunvericiliyinə riayət olunmasını


iqtisadi xeberler emlak xeberleri bank faizleri biznes ideyalari bitcoin qiymeti