11 milyardlıq toyuq resepti: 65 yaşlı Harland Sanders KFC-ni necə yaratdı

11 milyardlıq toyuq resepti: 65 yaşlı Harland Sanders KFC-ni necə yaratdıKFC-nin gələcək qurucusu Harland Sanders 9 sentyabr 1890-cı ildə İndianada anadan olub və beş yaşında atasız qalıb. Ana üç uşağı tək doyurmaq üçün yorulmadan çalışırdı. Harland evin ən böyüyü idi, buna görə də erkən yaşda "çörək qazanan" rolunu üzərinə götürmüşdü. Onun sınadığı peşələr aşağıdakılar idi:
təkər satıcısı
tramvay konduktoru
sığorta satıcısı
dəmir yollarında yuyucu
dəmir yollarında yanğınsöndürən
buxar gəmisinin operatoru
hüquqşünas
Harland yalnız 7-ci sinfə qədər oxudu, ondan sonra özünü pul qazanmağa həsr etmək üçün sənədləri məktəbdən götürdü. Həmin ərəfədə ABŞ ordusu Kuba adasını işğal etmək üçün könüllüləri cəlb etməyə başladı. Harland bu fürsətdən istifadə etdi, özünə saxta sənədlər düzəltdi və 16 yaşında xidmətə başladı. O burada əsasən ordu tövlələrində at peyinini kürəkləməklə məşğul idi.
Xidmətdə 20 kilodan çox arıqlayan Harland müxtəlif sənaye sahələrində iş təcrübəsi əldə etmək üçün vətəninə qayıtdı. Dərhal Alabama ştatına yollandı, burada dəmirçinin köməkçisi kimi işə düzəldi.
Təəccüblüdür ki, gənc oğlan müxtəlif sənaye sahələrində əldə etdiyi təcrübəni biznes nümayəndələri üçün dünyanın ən böyük təhsil müəssisəsi olan LaSall Universitetində qiyabi təhsillə birləşdirməyi bacarırdı.
İlk biznes təşəbbüsləri
30 yaşında Sanders bərə şirkəti qurdu: onun idarə etdiyi gəmi Ohayo çayında üzürdü və Kentukki ştatında Luisvil və Ceffersonvil arasında hərəkət edirdi. Bərə şirkəti çox uğurlu idi. Eyni zamanda, Harland Kolumb şəhərində Ticarət Palatasının katibi kimi işə düzəldi və orada asetilen lampası şirkəti yaratmaq üçün bərə şirkətindəki paylarını satdı.
11 milyardlıq toyuq resepti: 65 yaşlı Harland Sanders KFC-ni necə yaratdı40 yaşında "Shell Oil Company" Sandersə texniki xidmət stansiyası idarə etməyi təklif etdi. Beş il sonra Kentukki qubernatoru Rubi Laffun Sandersi polkovnik təyin etdi. Bunun fonunda texnoloji stansiya populyarlıq qazandı.
KFC-nin yaranması yanğın və dağıntıdan başladı
Sanders 49 yaşında olarkən Şimali Karolinada bir motel aldı və onu restorana çevirdi. O burada özünün "gizli reseptini" təbliğ etməyi planlaşdırırdı. Lakin həmin il bina yanğın nəticəsində dağıldı. bundan təəssüflənməyən Harland binanı 139 nəfərdən çox adam qəbul edə bilən restoranlı motelə çevirdi. Bəs onun "gizli" resepti nə idi? Bu, 10-dan çox ədviyyatın qatıldığı qızardılmış toyuq idi.
"İki ovuc toyuq ətini unun içinə atdım və qalan ədviyyatlarla qarışdırdım. Əti qovurduqdan sonra başa düşdüm ki, bu, həyatımda yediyim ən dadlı toyuqdur. Və o vaxtdan bəri mən heç vaxt inqrediyenti dəyişməmişəm", – Sanders deyir.
Lakin bu biznes də uğursuz oldu. İkinci Dünya müharibəsi zamanı ştatlararası magistral açıldı və müəssisəyə turist axını kəsildi. Sanders restoranını və motelini bağlamalı və hökumət üçün yeməkxanalar işlətməli, eyni zamanda Tennessi ştatında bufet müdiri işləməli oldu.
105 dolların təmin edilməsi və gizli KFC reseptinin satışı
65 yaşında, restoranı tamamilə satdıqdan sonra, Harlandın bir qədər ehtiyatı və ayda 105 dollar müavinəti var idi. O, "gizli" reseptini satmaq istəyirdi. Harland hər gün Amerikanın onlarla restoranını gəzir və qızardılmış toyuqdan dadmağı təklif edirdi. Resept bəyənildiyi təqdirdə, Sanders satılan hər toyuq buduna görə 0.04 dollar komissiya müqabilində restoran əməkdaşlarına "gizli" resepti ilə bişirməyi öyrədirdi. Beləliklə, hər şey kiçik restorandan başladı.
KFC-ni satın almaq üçün bir çox cəhdlərdən sonra Harland Con Y. Braunun başçılıq etdiyi bir qrup investorla 2 milyon dollarlıq müqavilə bağladı. O, keyfiyyətin hər zaman qorunub saxlanacağı, ömürlük maaş alacağı və hər zaman şirkətin siması olacağı şərtləri ilə KFC-ni satdı.
1980-ci ildə Sandersin vəfatı zamanı bütün dünyada artıq 6000 KFC var idi və şirkətin illik dövriyyəsi 2 milyard dolları keçirdi. 1986-cı ildə resotranlar şəbəkəsi 850 milyon dollara PepsiCo konqlomeratı ilə birləşdi. / banker.az

Maraqlı     Tarix: 09 avqust 2023

Oxşar xəbərlər

Networking Azerbaijan ilə biznesdə yeni dövr başlayır

Networking Azerbaijan ilə biznes əlaqələrində ölkədə yeni dövr başlayır - "THE NET LOUNGE" layihəsi təqdim edildi. 13 avqust 2026-cı il tarixində Networking Azerbaijan platforması tərəfindən Azərbaycanda bizne

"TikTok"la "Instagram"a girişdə problem yarandı

"TikTok" və "Instagram"ın işində problem yaranıb. Hazırda Azərbaycanda istifadəçilər şəxsi hesablarına girə bilmirlər. Hələlik problemlə bağlı "Meta" şirkətindən açıqlama verilməyib

Satışı artıran sehrli formul

Satışları artırmaq üçün nə lazımdır? Daha böyük reklam büdcəsi? Daha çox satış əməkdaşı? Yoxsa daha çox müştəri?. Bankçılıq, Məhsulların İdarə edilməsi və həyat sığortası sahələrində qazandığım təcrübə mənə bir şeyi öyrədib

Microsoft-dan güclü süni intellekt noutbuku: 2 599 dollara satışa çıxır

"Microsoft" şirkəti "Nvidia"nın süni intellekt imkanlarına malik yeni çipi ilə təchiz edilmiş "Surface Laptop Ultra" modelini təqdim edib. Yeni noutbukun ABŞ-da başlanğıc qiyməti 2 599,99 dolla

Avropada restoranlarda bəxşiş vermək lazımdır? Səyahət bələdçisi izah edir

Avropada bəxşiş qaydalarını anlamaq bəzən çətin ola bilər, xüsusən də adətlər ölkədən ölkəyə dəyişdiyi üçün. Bu qısa bələdçi restoran etiketini və xidmətə görə bəxşiş qaydalarını izah edir ki, qitə boyunca daha rahat səyahə

ÜDM üçün tələ: süni intellekt köpüyü niyə iqtisadçıları əvvəlkilərdən daha çox qorxudur?

ABŞ fond bazarı yüksəlişdədir və bu artımın əsas lokomotivi süni intellektdir. Texnologiya nəhəngləri süni intellekt mütəxəssislərini öz tərəflərinə çəkmək, çipləri kütləvi şəkildə almaq və məlumat mərkəzləri tikmək üçü

Türkiyəyə əcnəbi tələbə axını: Say 360 mini keçib, Azərbaycan ilk sıralardadır

Türkiyə universitetlərində təhsil alan əcnəbi tələbələrin sayı son 10 ildə təxminən 4 dəfə artaraq 360 mini keçib. Tələbələrin bir qismi seriallarda gördüyü mədəniyyətə maraq göstərdiyi, digərləri isə təhsil xərclərini nəzər

Çinin yeni Arktika marşrutunun perspektivləri və gizli riskləri

Dəniz daşımalarındakı dar boğazlardan getdikcə daha çox narahat olan dünya üçün Dubai Tower gəmisinin reysi ümidverici siqnal sayıla bilər. Konteynerdaşıyan gəmi avqustun 15-də Çinin Ninbo limanından yola düşərək Şimal Buzl

Ötən il Qərbi Kaspi Universiteti 5 milyon manata yaxın mənfəət əldə edib

Qərbi Kaspi Universitetinin 2025-ci ildə ümumi gəlirləri 14 milyon 172,5 min manat, vergitutma məqsədləri üçün mənfəəti isə 4 milyon 963,1 min manat təşkil edib. Universitetin təqdim etdiyi mənfəət vergisi bəyannaməsind


iqtisadi xeberler bank faizleri bitcoin en son xeberler birbank