150-dən çox yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir - FOTOLAR

150-dən çox yerli şirkətin məhsul və xidmətlərinin sərgisi keçirilir - FOTOLARSərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında əməkdaşlığı inkişaf etdirməkdir.
Sahibkarlığın İnkişafı Fondu Qarabağda 2 layihə üçün götürülmüş kreditlərə zəmanət verib
FED.az xəbər verir ki, iyunun 24-də Bakı Ekspo Mərkəzində Kiçik və Orta biznesin İnkişafı Agentliyi (KOBİA) və "Marsol Group"un birgə təşkilatçılığı ilə "5-ci Yerli şirkətlərin tanıtım sərgisi"nə start verilib.
Sərginin açılışına həsr olunmuş tədbirdə aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri, sahibkarların ictimai birliklərinin nümayəndələri, eləcə də müxtəlif sahələrdə fəaliyyət göstərən iş adamları iştirak ediblər.
Milli Məclisinin deputatı Tahir Mirkişili, iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev, "Kapital Bank" ASC-nin İdarə Heyətinin üzvü Fərid Hidayətzadə, "İş adamları Cəmiyyətinin Milli Assosiasiyası" İctimai Birliyinin və "Marsol Group"un İdarə Heyətinin sədri Tural Mustafayev çıxışlarında müvafiq olaraq ölkəmizdə sahibkarlığın inkişafı, özəl sektora göstərilən dəstək tədbirləri, yerli məhsulların ixrac imkanları, sərgilərin məhsul və xidmətlərin tanıdılmasında və biznes subyektlərinin bazarlara çıxışında önəmi barədə fikirlərini bölüşüblər.
Qeyd edək ki, "Yerli şirkətlərin tanıtım sərgisi" 2019-cu ildən etibarən keçirilir. Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq, satış imkanlarını genişləndirmək və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Builki sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 150-dən çox yerli şirkətin məhsul və xidmətləri, o cümlədən bir sıra yeni brendlər nümayiş olunur. İyunun 26-dək davam edəcək sərgi həmçinin iş adamları, sahibkarlar və təchizatçı şirkətlər arasında yeni əməkdaşlıqların qurulmasına imkan verəcək.
Sahibkarlığın İnkişafı Fondu, Dövlət Məşğulluq Agentliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası, İş adamları Cəmiyyətinin Milli Assosiasiyası, "Kapital Bank" ASC və s. dövlət və özəl təşkilatlar sərginin tərəfdaşları sırasındadır.
KOBİA bu dəfə də sərgidə KOB subyektlərinin ödənişsiz olaraq iştirakına dəstək məqsədilə ayrıca stendlə təmsil olunur. Stenddə kənd təsərrüfatı, İKT, təhsil, xidmət, tekstil, suvenir, keramika istehsalı, sənaye və s. sahələrdə fəaliyyət göstərən 10 KOB subyektinin məhsul və xidmətlərini təqdim etməsi üçün şərait yaradılıb.

Biznes     Tarix: 24 iyun 2024

Oxşar xəbərlər

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

Azərbaycan-Kamboca sənədləri mübadilə olunub

Azərbaycan Respublikası ilə Kamboca Krallığı arasında imzalanmış sənədlərin oktyabrın 12-də Prezident İlham Əliyevin və Baş nazir Hun Manetin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, "Azərbaycan Respublikasını

Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu keçirilir

Bu gün Bakıda Azərbaycan-Laos İnvestisiya və biznes forumu öz işinə başlayıb. xəbər verir ki, forumda Laos Milli Ticarət və Sənaye Palatasının (LNCCI) icraçı vitse-prezidenti Thanongsinh Kanlagna, Laosun sənaye və ticarə

"Poz-Qazan" oyunlarında sentyabrda - 22 BÖYÜK UDUŞ QAZANILIB

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya"nın "Poz-Qazan" oyunları sentyabrda ümumilikdə 3,144,137  ədəd uduşlu bilet sahiblərini sevindirib.  . xəbər verir ki

Azərbaycanda bazarda nöqsanlar aşkarlanıb – Sahibkar barəsində protokol tərtib edilib

Siyəzəndə ərzaq bazarında yoxlama keçirilib. Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb. xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Siyəzən şəhəri, Xəta

Bakı "PostEurop" Baş Assambleyası və Biznes Forumuna ev sahibliyi edəcək

7–8 oktyabr 2026-cı il tarixlərində Bakıda "PostEurop" Baş Assambleyası və Biznes Forumu keçiriləcək. xəbər verir ki, beynəlxalq tədbirə AZCON Holding şirkətlərindən olan "Azərpoçt" MMC ev sahibliyi edəcək

"Sea Breeze" yeni şirkət yaratdı

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) "Sea Breeze Radisson" MMC-ni dövlət qeydiyyatına alıb. Azərbaycanda eyni ünvanda yerləşən 5 şirkət – LƏĞV EDİLİR - DETALLAR. xəbər verir ki, yeni şirkə

Azərbaycanda 116 milyonluq şirkətdən – SƏRMAYƏ GÖTÜRÜLÜR

"Mars Overseas Baku LTD" MMC (VÖEN: 99006521) nizamnamə kapitalını azaldır. Böyük Britaniya şirkəti Azərbaycan bazarını – TƏRK EDİR. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, nizamnamə kapitalı 116 milyo

ATİB sədri Mürsəl Rüstəmov Türkiyənin Cümhuriyyət Bayramı münasibətilə keçirilən mərasimə qatılıb - FOTOLAR

Bu gün Bakı Türk Şəhidliyində Türkiyə Respublikasının Cümhuriyyət Bayramının 103-cü ildönümü münasibətilə anım və çələngqoyma mərasimi keçirilib.  biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, mərasimdə Türkiyə Respublikasını


iqtisadi xeberler biznes xeberleri bitcoin valyuta xeberleri bitkoin almaq