18,8 milyard manat qazanılıb, 16 milyard manat xərclənilib

18,8 milyard manat qazanılıb, 16 milyard manat xərclənilibMaliyyə Nazirliyi 2024-cü ilin yanvar-iyun ayları üzrə icmal və dövlət büdcələrinin icrasına (operativ) dair məlumat yayıb.
Marja.az xəbər verir ki, məlumatda deyilir: 
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Dövlət büdcəsi
2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin gəlirləri 18 milyard 842,9 milyon manat, xərcləri 16 milyard 52,1 milyon manat olmuş, 2 milyard 790,8 milyon manat məbləğində dövlət büdcəsinin artıqlığı (profisit) yaranmışdır. 
Dövlət büdcəsinin gəlirləri
2024-cü ilin ilk altı ayı ərzində dövlət büdcəsinin gəlirləri 16 milyard 940,6 milyon manat proqnoza qarşı 18 milyard 842,9 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 1 milyard 902,3 milyon manat və ya 11,2 faiz, 2023-cü ilin eyni dövrü ilə müqayisədə isə 21,7 faiz və ya 3 milyard 363 milyon manat çoxdur.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert nəzərə alınmadan dövlət büdcəsinin gəlirləri 18 faiz çox icra edilməklə 12 milyard 452,4 milyon manat təşkil etmişdir. 
2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin daxilolmalarının 8 milyard 282,4 milyon manatı və ya 44 faizi vergi daxilolmalarının, 6 milyard 390,5 milyon manatı və ya 33,9 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin, 3 milyard 252,2 milyon manatı və ya 17,3 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 250 milyon manatı və ya 1,3 faizi Mərkəzi Bankın reallaşdırılmış mənfəətinin sərbəst qalığından daxilolmalarının, 241,5 milyon manatı və ya 1,3 faizi büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalarının, 17,8 milyon manatı dövlət əmlakının icarəyə verilməsindən daxilolmaların, 408,5 milyon manatı və ya 2,2 faizi sair daxilolmaların payına düşmüşdür. 
2024-cü ilin yanvar-iyun ayları üzrə dövlət büdcəsinin altı aylıq gəlirləri üçün təsdiq edilmiş proqnozdan vergi daxilolmaları üzrə 1 milyard 53,8 milyon manat və ya 14,6 faiz, gömrük rüsumları və idxala görə vergi daxilolmaları üzrə 418,2 milyon manat və ya 14,8 faiz, dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar üzrə 3,7 milyon manat və ya 26,2 faiz, sair daxilolmalar üzrə 328,3 milyon manat və ya 5,1 dəfə çox daxilolmaların təmin edilməsinə nail olunmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsinin qeyri-neft/qaz sektoru üzrə daxilolmaların 58,5 faizini və ya 5 milyard 875,1 milyon manatını vergi daxilolmaları, 32,4 faizini və ya 3 milyard 252,2 milyon manatını gömrük rüsumları və idxala görə vergi daxilolmaları, 2,4 faizini və ya 241,5 milyon manatını büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaları, 2,4 faizini və ya 250 milyon manatını Mərkəzi Bankın mənfəətindən daxilolmalar, 4,1 faizini və ya 408,5 milyon manatını sair daxilolmalar, 0,2 faizini və ya 17,8 milyon manatını dövlət əmlakının icarəyə verilməsindən daxilolmalar təşkil edir.
Dövlət büdcəsinin neft-qaz sektoru üzrə daxilolmaları 8 milyard 797,7 milyon manat təşkil etmişdir ki, bu da proqnozla müqayisədə 320,9 milyon manat və ya 3,8 faiz, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 148,9 milyon manat və ya 32,3 faiz çoxdur.
2024-cü ilin altı ayında dövlət büdcəsinin gəlirlərində neft-qaz sektoru üzrə daxilolmaların 27,4 faizi və ya 2 milyard 407,2 milyon manatı vergi orqanlarının xətti ilə daxilolmaların, 72,6 faizi və ya 6 milyard 390,5 milyon manatı Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin payına düşmüşdür.
Vergi orqanlarının xətti ilə dövlət büdcəsinə mədaxil olmuş neft-qaz gəlirlərinin 48,5 faizi  və 1 milyard 167,0 milyon manatı Şahdəniz yatağı üzrə mənfəət vergisi, 34,6 faizi və ya 833,3 milyon manatı Dövlət Neft Şirkətinin ödədiyi müvafiq vergilər, 16,9 faizi və ya 406,9 milyon manatı  ABƏŞ-in mənfəət vergisi təşkil edir.
Dövlət büdcəsinin xərcləri. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin vəsaiti hesabına əsas dövlət vəzifələrinin yerinə yetirilməsi üçün maliyyələşmələr, o cümlədən əməkhaqları, müavinətlər, pensiyalar, dövlət borcu üzrə öhdəliklərin və digər zəruri xərclərin maliyyələşdirilməsi büdcə və büdcədən maliyyə yardımı və ya digər qaydada vəsait alan təşkilatların dövlət xəzinədarlıq orqanlarına təqdim etdikləri xərc sifarişləri əsasında tam və vaxtında təmin edilmişdir.
2024-cü ilin ilk altı ayında dövlət büdcəsinin xərcləri 16 milyard 52,1 milyon manat və ya təsdiq olunmuş proqnoza qarşı 2 milyard297,8 milyon manat (16,7 faiz) çox icra edilmişdir. Hesabat dövründə icrası təmin edilmiş xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 43,7 faizini təşkil edir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz bəndi çoxdur.
2024-cü ilin yanvar-iyun aylarında dövlət büdcəsi xərclərinin 9 milyard 833,8 milyon manatı və ya 61,3 faizi cari xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 115 milyon manat və ya 1,2 faiz çox), 4 milyard 948 milyon manatı və ya 30,8 faizi əsaslı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 34,3 milyon manat və ya 26,4 faiz çox), 1 milyard 270,3 milyon manatı və ya 7,9 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə (2023-cü ilin eyni dövrü ilə müqayisədə 839,5 milyon manat və ya 2,9 dəfə çox) yönəldilmişdir.
2024-cü ilin yanvar-iyun aylarında funksional təsnifata uyğun olaraq dövlət büdcəsinin təhsil xərcləri 131,5 faiz icra edilməklə 2 milyard 239,1 milyon manat, müdafiə və milli təhlükəsizlik xərcləri 126,9 faiz icra edilməklə 3 milyard 47,6 milyon manat, sosial müdafiə və sosial təminat xərcləri 123,1 faiz icra edilməklə 2 milyard 91,5 milyon manat, kənd təsərrüfatı xərcləri 119 faiz icra edilməklə 491 milyon manat, səhiyyə xərcləri 114,7 faiz icra edilməklə 803 milyon manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq bölməsi üzrə xərcləri 105 faiz icra edilməklə 1 milyard 161 milyon manat, ümumi dövlət xidmətləri xərcləri 134,6 faiz icra edilməklə 2 milyard 428,4 milyon manat, iqtisadi fəaliyyət xərcləri 99,7 faiz icra edilməklə 2 milyard 904,8 milyon manat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərcləri 92,9 faiz icra edilməklə 199,8 milyon manat,  ətraf mühitin mühafizəsi xərcləri 90,9 faiz icra edilməklə 128,2 milyon manat, əsas bölmələrə aid edilməyən xidmətlər bölməsi üzrə xərcləri 86,4 faiz icra edilməklə 450 milyon manat, mənzil və kommunal təsərrüfatı xərcləri 78,4 faiz icra edilməklə 107,7 milyon manat təşkil etmişdir.
2024-cü ilin ilk altı ayında sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə illik nəzərdə tutulmuş 3 milyard 825 milyon manat vəsaitin 51,1 faizi və ya 1 milyard 953,5 milyon manatı istifadə olunmuşdur. 
2024-cü ilin ilk altı ayı ərzində sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu üçün nəzərdə tutulan vəsaitin 42,9 faizi və ya 1 milyard 64,9 milyon manatı ayrılmışdır ki, bu da 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 306,2 milyon manat və ya 40,4 faiz çoxdur.
Ehtiyat fondları
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarına əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılmış 27,2 milyon manat vəsaitin 25,2 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 92,6 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən Sumqayıt şəhəri ərazisində avtomobil yollarının əsaslı təmirinə, Qarabağ Universitetinin fəaliyyətinin təşkilinə maliyyə dəstəyinin göstərilməsinə, dini qurumlara maliyyə yardımının göstərilməsinə və digər tədbirlərin icrasına sərf olunmuşdur.
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq sərəncamlarına əsasən dövlət büdcəsinin ehtiyat fondundan 30,5 milyon manat vəsait ayrılmış, həmin vəsaitin 11,4 milyon manatının müvafiq qurumlar tərəfindən sifariş sənədləri təqdim edilməklə maliyyələşməsi həyata keçirilmişdir. Açılmış maliyyələşmənin 37,4 faizi müvafiq qurumlar tərəfindən icra edilmiş, o cümlədən 2025-ci ilin 13 aprel-13 oktyabr tarixlərində Yaponiyanın Osaka şəhərində keçiriləcək "Osaka, Kansai Ekspo 2025" Ümumdünya Sərgisində Azərbaycan Respublikasının təmsil olunması ilə bağlı milli pavilyonun qurulması üçün tikinti işlərinin başlanılması tədbirlərinə, Bərdə, Goranboy və Masallı şəhərlərində yaşayış binalarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin Ağdam rayonunun Quzanlı qəsəbəsində mina əleyhinə xüsusi təyinatlı alayının tikintisinə, mühüm strateji obyektlərin etibarlı elektrik enerjisi İlə təmin olunmasına və digər tədbirlərin icrasına yönəldilmişdir. 
Dövlət borcuna xidmət edilməsi ilə bağlı xərclər, dövlət borcunun vəziyyəti
2024-cü ilin dövlət büdcəsində dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı 1 milyard 972,6 milyon manat məbləğində xərclər nəzərdə tutulmuşdur. Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin dövlət borcuna xidmət xərclərindən daxili dövlət borcu üzrə 170,1 milyon manatın (faiz borcu üzrə), xarici dövlət borcu üzrə 1 milyard 100,2 milyon manatın (əsas borc üzrə 850 milyon manat, faiz borcu üzrə 250,2 milyon manat, bank xidmətləri haqqının ödənilməsi 0,02 milyon manat), cəmi 1 milyard 270,3 milyon manatın ödənilməsi təmin edilmişdir.
Xarici borclanma hesabına icrası davam etdirilən layihələr çərçivəsində vəsaitin istifadəsi üzrə təqdim edilmiş operativ məlumatlar və xarici dövlət borcu üzrə əsas borc ödənişləri nəzərə alınmaqla, 2024-cü il 1 iyul tarixinə xarici dövlət borcu 5 milyard 367,5 milyon ABŞ dolları ekvivalentinə bərabər olmuşdur. 
Daxili dövlət borcalmasının həcminin artırılması, dövlət qiymətli kağızlar bazarının inkişafının dəstəklənməsi, dövlət borcunun orta və uzunmüddətli gəlirlik əyrisinin formalaşdırılması və "Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya"sına uyğun olaraq xarici borcun daxili borcla əvəzlənməsi istiqamətində məqsədyönlü borclanma siyasətinin həyata keçirilməsi nəticəsində daxili dövlət borcu 2024-cü il 1 iyul tarixinə 16 milyard 571,9 milyon manat təşkil etmişdir.
İcmal büdcə
2024-cü ilin birinci yarımilliyində icmal büdcənin gəlirləri 24 milyard 352,5 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 434,3 milyon manat və ya 9,1 faiz az, xərcləri isə 18 milyard 198,9 milyon manat icra olunmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 milyard 487,5 milyon manat və ya 15,8 faiz çoxdur. İcmal büdcədə 6 milyard 153,6 milyon manat büdcə artıqlığı (profisit) yaranmışdır.

Maliyyə     Tarix: 16 iyul 2024

Oxşar xəbərlər

"Azpetrol LTD" MMC "Top 100" vergi ödəyicisi siyahısında 38-ci yerdə

"Azpetrol Ltd" MMC şirkəti 2025-ci ildə də ölkənin ən çox vergi ödəyən şirkətləri sırasında 38-ci yerdə olmaqla, "Top 100" vergi ödəyicisi siyahısına daxil olub. Marja xəbər verri ki, şirkət bununla ötə

Dolların qiyməti 87 rublu keçib - 2025-ci ilin apreldən bəri bir ilk

Dolların məzənnəsi Forex bazarında 2025-ci ilin aprelindən bəri ilk dəfə 87 rubl həddini keçib. Marja xəbər verir ki, ABŞ valyutası 4,26% bahalaşaraq 87,447 rubl səviyyəsinə yüksəlib. Dollar sonuncu dəfə 87 rubl həddində

Azərbaycanın neft və qazdan gəlirləri kəskin azalıb - İXRACDA BÖYÜK GERİLƏMƏ

Azərbaycanın neft-qaz sektoruna daxil olan mallar üzrə ixracı 2026-cı ilin Yanvar ayında 2025-ci ilin Yanvar ayı ilə müqayisədə dəyər ifadəsilə 825 milyon 22 min dollar və ya 29,5% azalaraq 1 milyard 967 milyon 456 min dollar

Bakı Fond Birjasının statistik məlumatlarını yeni formatda təqdim edir

Bu gün Azərbaycan kapital bazarlarında yeniliklərdən danışırıqsa, bu yeniliklərin mərkəzində məlumat dayanır. Müasir kapital bazarlarının əsas ehtiyaclarından biri isə şəffaflıq və məlumatlara sürətli çıxışdır. Bu yanaşman

Azərbaycan ilk rübdə daha çox buğda alıb - 83 MİLYON DOLLAR XARİCƏ GEDİB

2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 82 milyon 766 min dollar dəyərində 371 min 802 ton buğda idxal olunub. Bu barədə Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir. 2025-ci ili

Azərbaycanın idxalının daha sürətli azalması fonunda müsbət saldo artıb

Dövlət Gömrük Komitəsi məlumatlarına əsasən, 2026-cı ilin yanvar-fevral aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi azalıb, lakin müsbət saldo kəskin artıb. xəbər verir ki, 2026-cı ilin ilk iki ayında xarici ticarə

Nazirlər Kabinetinin silah ixracına nəzarət sahəsində səlahiyyəti ləğv edilir

Nazirlər Kabinetinin səlahiyyətlərin biri ləğv edilib. Bu, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Müdafiə haqqında" qanuna təklif edilən dəyişiklikdə əksin

Azərbaycan iqtisadiyyatı 1,7 faiz artıb

Dövlət Statistika Komitəsi 2026-cı ilin yanvar ayında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb. Qeyd edilib ki, 2026-cı ilin yanvar ayında ölkədə 9 milyard 78,7 milyon manatlıq və ya əvvəlki ilin yanva

Daha çox Azərbaycan qazı tədarükü üçün maliyyələşdirmə və şərtləri müzakirə olunub

İclasda Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlığa sadiqlik bir daha vurğulanıb. Bu tərəfdaşlıq əlverişli, sabit və təhlükəsiz təbii qaz təchizatını, bərpa olunan enerji mənbələrini


iqtisadi xeberler biznes ideyalari telefonla pul qazanmaq avtomobil xeberleri valyuta mezennesi