2023-cü ildə 1 dolların 75 rubl civarında olacağı gözlənilir
Rusiya Milli Reytinq Agentliyinin rəhbəri Alina Rozentsvet bildirib ki, 2023-cü ildə Rusiyanın milli valyutası bir qədər də ucuzlaşacaq və 1 dollar 75 rubl balans dərəcəsinə meyl edəcək.
Marja.az xəbər verir ki, bunu Alina Rozentsvet "İzvestiya"ya müsahibəsində deyib.
Onun fikrincə, 2023-cü ildə rublun zəifləməsi üçün üç əsas səbəb var. Birincisi, Rusiyadan ixrac olunan resursların qiymətinin aşağı salınmasıdır. İkincisi, sanksiyalar səbəbindən neft və qaz hasilatının potensial azalmasıdır. Üçüncü səbəb isə bu həcmləri reallaşdıra bilməməkdir. Ümumiyyətlə, bu il ixrac gəlirlərinin azalması və nəticədə xarici valyuta təklifinin azalması baş verə bilər.
Alina Rozentsvet qeyd edib ki, 1 dolların 75 rubla yüksəlməsi ciddi istehlak inflyasiyasına səbəb olmayacaq, digər tərəfdən federal büdcənin xərclərinin ödənilməsinə kömək edəcək.
Naxçıvan iqtisadiyyatı 3 % böyüyüb
Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasında 1 milyard 25,7 milyon manat dəyərində ümumi daxili məhsul istehsal (ÜDM) olunub. Bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsindən bildirilib. Məlumata görə
Alıcılara 8 ayda 169 milyon manatdan çox ƏDV qaytarılıb
2026-cı ilin yanvar – avqust ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisn
FED faiz qərarını açıqladı
Federal Ehtiyat Sistemi (FED, ABŞ Mərkəzi Bankı) əsas faiz dərəcəsi ilə bağlı qərarını açıqlayıb. xəbər verir ki, Mərkəzi bankın rəsmiləri baza faiz dərəcəsini 3,5%–3,75% diapazonunda saxlamaq qərarına gəliblər. FED 2025-c
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
() İnvestAZ-dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz. InvestAZ İnvestisiya Şirkəti tərəfindən aparılan həftəlik bazar araşdırmalarına görə, 13–19 iyul 2026-cı il tarixlərində qlobal maliyyə bazarlarında əsa