34-nün illik ixracı 100 min dolları, 24-nün isə 1 milyon dolları üstələyir - AZƏRBAYCAN 4-CÜ YERƏDİR
Azərbaycanda kənd təsərrüfatının ənənəvi və önəmli sahələrindən biri də fındıqçılıq sahəsidir. Bu sektor artan əkin sahələri, əlverişli iqlim və dövlətin strateji təşəbbüslərinin sinerjisi nəticəsində qeyri-neft sektorunun ixracına mühüm töhfə verməyə davam edir. Bu kompleks tədbirlər sayəsində ölkəmiz qlobal səviyyədə dünyanın ixrac liderləri arasında mövqeyini möhkəmləndirib.
Beynəlxalq Ticarət Mərkəzinin (BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı (UNCTAD) və Ümumdünya Ticarət Təşkilatı ilə birgə mandata malik çoxtərəfli agentlik) 2023-cü il üzrə son məlumatlarına görə, Azərbaycan qlobal meşə fındığı ixracatçıları siyahısında 4-cü yerdə qərarlaşıb.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən
Sıralamada ilk üç pillədə Türkiyə, Çili və İtaliya yer alıb.
Fındığın əsas ixrac bazarları
Üstün keyfiyyəti və zəngin dadı sayəsində yerli meşə fındığına beynəlxalq bazarlarda yüksək tələbat formalaşıb. Hazırda əsasən Rusiya, Almaniya, İtaliya və İsveçrəyə ixrac olunan meşə fındığı qeyri-neft ixracının şaxələndirilməsi çərçivəsində 2023-2024-cü illərdə Ukrayna, Belçika, Estoniya və İsrail kimi yeni ölkələrə də ixrac olunmağa başlayıb.
Azərbaycanda fındıq yığımının 99 faizi fərdi sahibkar, ailə kəndli və ev təsərrüfatlarının payına düşür. 2023-2024-cü illərin statistik göstəricilərinə görə, Azərbaycanda əsasən 39 şirkət fındıq ixrac edir. Onlardan 34-nün illik ixracı 100 min ABŞ dollarını, 24-nün isə illik ixracı 1 milyon ABŞ dollarını üstələyir.
Geniş əkin sahələri və yüksək məhsul yığımı
Azərbaycanda fındıqçılıq geniş əkin sahələri və yüksək məhsuldarlıqla xarakterizə olunur. Belə ki, 2023-cü ilin sonuna fındıq əkmələrinin sahəsi 81 801,5 hektar təşkil edib. Cəmi məhsul yığımı isə ötən il 4,6 faiz artaraq 75 409,3 tona çatıb. Ölkəmizin ən çox fındıq bağlarının yerləşdiyi Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında 2023-cü ildə fındıq yığımı müvafiq olaraq 56 580,1 ton və 13 714,6 ton təşkil edib.
İxracatçılara göstərilən dövlət dəstəyi
Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun payının artırılması kimi strateji hədəfi olan İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO kənd təsərrüfatı məhsullarının, xüsusilə, fındığın ixracının genişləndirilməsində və coğrafiyasının şaxələndirilməsində mühüm rol oynayır. İxracın təşviqi mexanizmlərinin tətbiqi vasitəsilə qeyri-neft ixracının stimullaşdırılmasına töhfə verən AZPROMO-nun dəstəyi ilə fındıq ixrac edən 9 yerli şirkət 2023-cü ildə "Anuga 2023" və 6-cı Çin Beynəlxalq İdxal sərgiləri, 2024-cü ildə isə "Foodex Japan 2024", "Prodexpo 2024" və "Russia Halal Expo 2024" kimi sərgilərdə, eləcə də Cənubi Koreya şirkətlərinin Azərbaycana təşkil olunmuş alıcı missiyasının görüşündə iştirak edib.
© Azərtac / marja.az

"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR
Azərbaycanda POS-terminalların sayı bir ildə 27 minə yaxın azalıb
Azərbaycan şirkətinin nizamnamə kapitalı – 500 DƏFƏ ARTIRILIR
Necə Bitcoin almaq olar?
Swift nədir?
Biznes plan necə yazılır?
Startup nədir və necə olur?
Dünyanın əh bahalı brendləri - TOP-10