5 ildə ABB Tech Akademiyasını 722 məzun bitirib
ABB-nin yaratdığı ABB Tech Akademiyasının fəaliyyətə başlamasından 5 il ötür.
Akademiya 2019-cu ildə Bankın korporativ sosial məsuliyyət layihəsi çərçivəsində yaradılıb. Təhsil müəssisəsinin məqsədi ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır.
Ölkəmizin biznes mühitində birinci dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyanın ilk proqramları ödənişsiz olub. Sonrakı proqramlarda isə ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, bp kimi tərəfdaşları ilə birgə qəbul prosedurları zamanı yüksək nəticə göstərən istedadlı tələbələrə təqaüdlə təhsil imkanı yaradıb.
5 il ərzində ABB Tech Akademiyasının ayrı-ayrı proqramlarında 722 nəfər məzun olub. Hazırda 26 nəfər qız, 21 oğlan olmaqla 47 tələbə Akademiyada təhsilini davam etdirir. Məzunların 30%-i ABB-nin müxtəlif layihələrində, 70-%-i isə ayrı-ayrı yerli və xarici şirkətlərdə çalışır. ABB Tech Akademiyasını bitirənlərin işəqəbul əmsalı 82%-dir.
Qeyd edək ki, Bankın ABB İnnovasiya Mərkəzi də fəaliyyətdədir. 2020-ci ildə yaradılmış Mərkəzdə indiyə qədər 40-dan çox startap layihəsi inkubasiya mərhələsini uğurla başa vuraraq investorlara təqdim edilib. / marja.az

Xalq Bank ABŞ dolları üzrə əmanət faizlərini artırdı ®
Bank Kartından Təhlükəsiz İstifadə üçün 10 Əsas Qayda
Azərbaycanda sənaye istehsalı azalıb, avtomobil istehsalı isə 77,2% artıb
Dövlət-özəl tərəfdaşlığı çərçivəsində maliyyə savadlılığı və kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
"Zolotaya Korona" Rusiyadan Gürcüstana pul köçürmələrini bərpa edib
Azərbaycanda ipoteka kreditlərinə böyük tələb – 6848 müraciətdən 1393-ü qeydə alınıb
ADA Universiteti və Bank of Baku-nun təşkil etdiyi II "Mini-MBA" proqramı yekunlaşdı
Yeni yaradılan şirkətə - DÖVLƏT QURUMUNDAN QADAĞA – ƏTRAFLI
Bank Respublika və AccessBank-ın birləşməsinin bazara təsiri açıqlanıb
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Dünyanın ən varlı 10 müğənnisi
Startup nədir və necə olur?
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Biznesə aid ən yaxşı 10 kitab