ABB ABŞ-yə ilk bankçılıq missiyasında iştirak etdi
Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımovun rəhbərliyi, Azərbaycan Banklar Assosiasiyasının və ABŞ-Azərbaycan Ticarət Palatasının təşkilatçılığı ilə ölkəmizin ilk bank missiyasının ABŞ-yə işgüzar səfəri başa çatır.
Missiyada ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov da iştirak edib.
Səfər zamanı ABŞ Dövlət Departamentində, ABŞ Beynəlxalq İnkişaf Maliyyə Korporasiyasında, eləcə də ABŞ-nin aidiyyəti dövlət təşkilatlarında, maliyyə qurumlarında görüşlər keçirilib. Bank sektorundakı qlobal trendlərə, müasir çağırışlara diqqət yönəlib. Yaşıl enerji, kənd təsərrüfatı və aviasiya sahələrində mövcud imkanlar və iri layihələrin birgə maliyyələşməsi imkanları, müxbir əlaqələr, risklərin idarə edilməsi, komplayns, süni intellektin bank əməliyyatlarında tətbiqi və s. mövzularda müzakirələr aparılıb. ABŞ-nin maliyyə institutları ilə Azərbaycan bankları, o cümlədən sektorun aparıcı bankı kimi ABB arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi imkanları dəyərləndirilib.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov "Exim Bank"da, ABŞ Ticarət Nazirliyinin Beynəlxalq Ticarət Administrasiyasında keçirilən görüşlərdə müvafiq mövzularda təqdimatlarla çıxış edib. Missiya iştirakçıları Honeyvell Texnologiya və Təcrübə Mərkəzinə də baş çəkiblər.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

/ marja.az

Bank Respublika sahibkarlara "FAİZSİZ 100 GÜN" kampaniyasına start verib
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
Nazir: Azərbaycanda 4000-dən çox Türkiyə şirkəti fəaliyyət göstərir
Nazir: Bakalavr üzrə dördillik ixtisasların bəzilərini üçillik etmək olar
Mərkəzi Bankında departamentin adı dəyişdirilib, yeni şöbə yaradılıb
Azərbaycanın turizmdən gəlirləri 21% azalıb – İlk yarımildə 748 mln. dollar
ChatGPT nədir və ChatGPT necə istifadə edilir?
Dünyada ən çox oxunan 5 kitab
Birbank xidmətinə necə qoşulmaq olar?
Dünyanın əh bahalı brendləri - TOP-10
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt