ABB AKA Bankla müqavilə imzaladı

ABB AKA Bankla müqavilə imzaladı®ABB ilə 17 Avropa bankının qurduğu, idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış AKA Bank (Avropa İxrac-Ticarət Bankı) arasında Çərçivə Müqaviləsinin imzalanması tədbiri keçirilib. Müqaviləni ABB və AKA Bankın İdarə Heyətinin sədrləri Abbas İbrahimov və Marck Wengrzik imzalayıb. Müqavilə Avropa ölkələrindən Azərbaycana idxal olunan malların maliyyələşdirilməsi üzrə uzunmüddətli tərəfdaşlığı əhatə edir. 
Belə ki, AKA Bank Avropadan Azərbaycana idxal edilən malların ABB-nin zəmanəti ilə uzunmüddətli maliyyələşdirilməsini həyata keçirəcək. Bu, idxal-ixrac prosesləri ilə məşğul olan iş adamları üçün böyük fürsətdir. Bizneslər yaranmış yeni imkandan faydalanmaq üçün ABB-nin bütün filiallarına müraciət edə bilərlər. 
Artıq müqavilə əsasında Bankın ilk müştərisinə 4,3 milyon Avro məbləğində uzunmüddətli xəttin açılmasına qərar verilib və prosesə başlanıb.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu anlaşma sahibkarlarımızı beynəlxalq ticarətin maliyyələşdirilməsi əqdləri üzrə dəstəkləmək imkanlarımızı daha da genişləndirir. ABB olaraq korporativ müştərilərimizin beynəlxalq əqdlərini uzunmüddətli maliyyələşdirmək üçün yeni xarici partnyorların axtarışını bundan sonra da davam etdirəcəyik".
Məlumat üçün bildirək ki, AKA Bank 1952-ci ildən fəaliyyət göstərir. 
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 02 iyul 2024

Oxşar xəbərlər

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Banklar kredit verməyə müştəri tapa bilmirlər, bir-birinin müştərilərini cəlb etməyə çalışırlar"

Azərbaycanda bankların 4 milyard 600 milyon manat sərbəst vəsaitinin olmasına baxmayaraq, kredit bazarında, xüsusilə biznes kreditləşməsi sahəsində tələbin zəifliyi müşahidə edilir. Nəticədə banklar yeni borcalanlar tapma

Sahibkar olmayan şəxsin kartına hər gün 5 dəfə pul daxil olması normal deyil – Mərkəzi Bankın sədri

Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan adi şəxsin kartına hər gün beş dəfə pul daxil olması normal praktika deyil. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşam

"Gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, dəstəkləyəcəyik"

Azərbaycan Mərkəzi Bankı (AMB) gələn il bank sektorunda konsolidasiya qərarı olarsa, bunu dəstəkləyəcək. Bunu AMB-nin sədri Taleh Kazımov bildirib. "Azərbaycan Mərkəzi Bankı olaraq konsolidasiyanı dəstəkləyirik. Çünk

Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq

Azərbaycanda "Mastercard" və "Visa" tariflərinin bu ilin sonuna qədər azaldılması gözlənilir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. "Həm "Mastercard"

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Sığorta şirkətləri üçün yeni kapital tələbləri tətbiq ediləcək – Mərkəzi Bankdan mühüm açıqlama

Azərbaycan Mərkəzi Bankı (AMB) sığorta sektorunda beynəlxalq "Solvency II" tələblərinin yaxın aylarda tətbiqini planlaşdırır. Yeni tənzimləmə çərçivəsində sığorta şirkətlərinin tələb olunan kapitalının hesablanmas

Xarici bankların Azərbaycan bazarına daxil olmasına maneə yaradılır? – Taleh Kazımov cavab verdi

Azərbaycan Mərkəzi Bankı xarici kapitallı bankların ölkənin maliyyə sektoruna daxil olmasında maraqlıdır və onların Azərbaycanda fəaliyyət göstərməsini dəstəkləyir. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Tale


iqtisadi xeberler iqtisadiyyat xeberleri dollar kursu bu gunun xeberleri pul qazanmaq