ABB AKA Bankla müqavilə imzaladı
ABB ilə 17 Avropa bankının qurduğu, idxal-ixrac əməliyyatlarının maliyyələşdirilməsi üzrə ixtisaslaşmış AKA Bank (Avropa İxrac-Ticarət Bankı) arasında Çərçivə Müqaviləsinin imzalanması tədbiri keçirilib.
Müqaviləni ABB və AKA Bankın İdarə Heyətinin sədrləri Abbas İbrahimov və Marck Wengrzik imzalayıb. Müqavilə Avropa ölkələrindən Azərbaycana idxal olunan malların maliyyələşdirilməsi üzrə uzunmüddətli tərəfdaşlığı əhatə edir.
Belə ki, AKA Bank Avropadan Azərbaycana idxal edilən malların ABB-nin zəmanəti ilə uzunmüddətli maliyyələşdirilməsini həyata keçirəcək. Bu, idxal-ixrac prosesləri ilə məşğul olan iş adamları üçün böyük fürsətdir. Bizneslər yaranmış yeni imkandan faydalanmaq üçün ABB-nin bütün filiallarına müraciət edə bilərlər.
Artıq müqavilə əsasında Bankın ilk müştərisinə 4,3 milyon Avro məbləğində uzunmüddətli xəttin açılmasına qərar verilib və prosesə başlanıb.
ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov bildirib: "Bu anlaşma sahibkarlarımızı beynəlxalq ticarətin maliyyələşdirilməsi əqdləri üzrə dəstəkləmək imkanlarımızı daha da genişləndirir. ABB olaraq korporativ müştərilərimizin beynəlxalq əqdlərini uzunmüddətli maliyyələşdirmək üçün yeni xarici partnyorların axtarışını bundan sonra da davam etdirəcəyik".
Məlumat üçün bildirək ki, AKA Bank 1952-ci ildən fəaliyyət göstərir. / marja.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznesə aid ən yaxşı 10 kitab
İlon Mask kimdir?