ABB-də daha bir baş direktor təyinatı
ABB-də rəhbər vəzifəyə daha bir təyinat olub. Bankın Ofis rəhbəri Mehmet Ali Savaş ABB-nin Baş direktoru təyin edilib.
Banker.az xəbər verir ki, Mehmet Ali Savaş Türkiyənin Işık Universitetində Management Information Systems ixtisası üzrə tam təqaüdlə təhsil alıb.
Onun bank və maliyyə sektorunda 15 ildən artıq beynəlxalq təcrübəsi var. ABB-dən əvvəl BNP Paribas Qrupu, Poste Italiane və National Bank of Kuwait kimi aparıcı maliyyə qurumlarında, eləcə də onların rəqəmsal transformasiya layihələrində çalışıb. Peşəkar fəaliyyəti ərzində İtaliya, Türkiyə, Küveyt və Azərbaycanda rəqəmsal bankçılıq, məhsul inkişafı və transformasiya layihələrində müxtəlif rəhbər vəzifələr tutub.
O, 2020-ci ildən ABB-də müxtəlif vəzifələrdə fəaliyyət göstərib. Yeni təyinata qədər bankın Rəqəmsal Ofisinin rəhbəri olub. Bu müddət ərzində ABB-nin rəqəmsal transformasiyası, ABB mobile, korporativ internet bankçılıq və ABB Biz platformalarının inkişafı, rəqəmsal satış və xidmətlərin genişləndirilməsi, investisiya xidmətləri və süni intellekt əsaslı bankçılıq həllərinin inkişafında iştirak edib.
Mehmet Ali Savaş Azericard Prosessinq Mərkəzinin Müşahidə Şurasının da üzvüdür.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Start-up nədir?
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Bitcoin necə işləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?