ABB-də rəhbər vəzifəyə yeni təyinat
"ABB"də rəhbər vəzifəyə yeni təyinat olub.
Banker.az xəbər verir ki, Ülvi Qasımov bankın Baş direktoru vəzifəsinə təyin edilib.
Ülvi Qasımov 2026-cı ilin iyunundan "ABB Invest İnvestsiya Şirkəti" ASC-nin və "ABB Lizinq" ( "Beynəlxalq Lizinq" QSC) Müşahidə Şurasının üzvüdür.
O, 2024-cü ilin iyunundan ABB-də Korporativ və KOS Ofisinin rəhbəri vəzifəsində çalışıb. Bundan əvvəl 2018-ci ilin mayından 2024-cü ilin iyununadək bankın Korporativ Biznes Departamentinin direktoru, 2017-ci ilin fevralından 2018-ci ilin mayınadək isə İdarə Heyəti sədrinin müşaviri olub.
Ülvi Qasımov bank sektorunda fəaliyyətinə 2006-cı ildə "Parabank" ASC-də aparıcı kredit mütəxəssisi kimi başlayıb. 2008-ci ildən "Unibank"da müxtəlif vəzifələrdə çalışıb və 2016-cı ildə Korporativ Bankçılıq üzrə Kreditləşmə şöbəsinin rəhbəri olub.
Ülvi Qasımov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq iqtisadi münasibətlər üzrə bakalavr, Maliyyə bazarları üzrə magistr təhsili alıb.

EİB, IFC və OeEB "Bank Respublika"nın imtiyazlı səhmlərini əldə etdiklərini təsdiqləyiblər
Fuad Əbdürrəhmanov "Xalq Əmanəti" layihəsinin 27-ci nəşrində
ABB səhmləri rekord vurdu – 37 qəpiyə yüksəldi
PAŞA Bankın təşkilatçılığı ilə Azərbaycanın yerli investisiya layihələrinin maliyyələşdirilməsi imkanları müzakirə edilib
Trendyol COP31-də dayanıqlılıq və sosial təsir sahəsindəki fəaliyyətini - TƏQDİM EDİB
Süd vəzi xərçəngindən sığortalanmaq mümkündür
Bank olmayan kredit təşkilatına lisenziya verilib
AccessBank QSC WEB Application Firewall üzrə tender elan edir ®
Taleh Tahirli "ABB DAVR"ın Müşahidə Şurasının sədri oldu
Start-up nədir?
Biznes təlimlər və tədris üsulları
Onlayn biznes növləri
Bitcoin necə işləyir?
Ən çox soruşulan müsahibə sualları hansılardır?