ABB-dən Bolt sürücülərinə özəl Visa kartı
®ABB Visa və Bolt şirkəti ilə tərəfdaşlıq əsasında yeni kobrend kartını təqdim edib. Bu kart Bolt-la əməkdaşlıq edən taksi sürücüləri üçün nəzərdə tutulub. Onlar kartı "Business İnternet Bank" sistemindən əldə edib onun imkanlarından faydalana bilərlər.
Həm debet, həm kredit funksiyasını özündə birləşdirən bu kart sürücülərin də, sərnişinlərin də işini xeyli asanlaşdırır. Sərnişinlərin nağdsız şəkildə ödədikləri gedişhaqqı birbaşa sürücünün kobrend kartına köçürülür. Taksi sürücülərinə bu kartdan kredit kartı kimi də istifadə etmək imkanı yaradılıb. Kart üzrə kredit limitini artırmaq, əlavə edilmiş vəsaitlərlə ödənişlər aparmaq olar.
Kartın başqa üstünlükləri də var. Sürücülər bu kartla ABB-nin "Fayda" loyallıq sisteminə və "Fayda Max" proqramlarına qoşulurlar. ABB onların fərdi ehtiyaclarına, müştəri təcrübələrinə uyğun maraqlı imkanlar yaradıb. Belə ki, taksi sürücüləri ən çox istifadə etdikləri məkanlarda – yanacaqdoldurma məntəqələrində, avtomobillər üçün ehtiyat hissələri satılan mağazalarda, bəzi kafe və restoranlarda bu kartla yüksək keşbek qazanacaqlar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar. / banker.az

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznesə aid ən yaxşı 10 kitab
İlon Mask kimdir?