ABB mobile ilə cəmi 19 AZN ödəməklə könüllü avtomobil sığortası

ABB mobile ilə cəmi 19 AZN ödəməklə könüllü avtomobil sığortasıABB mobile tətbiqində istifadəçilər üçün daha bir yenilik təqdim olunub. Artıq «Avto+» və «Avto Extra» könüllü avtomobil sığortası məhsulları da tətbiqdə aktivdir. Könüllü avtomobil sığortası məhsullarını ABB mobile üzərindən indi sərfəli şərtlərlə, hər bir məhsul üzrə illik 19 AZN ödəməklə əldə etmək olar.
Siz öz avtomobilinizə dəymiş 5 000 AZN-dən yuxarı zərərə görə «Avto+» könüllü sığorta məhsulunu əldə etməklə əlavə 5 000 AZN-ə qədər sığorta ödənişi ala bilərsiniz.
İcbari sığorta ilə sizin digər sürücüyə vurduğunuz zərər maksimum 5 000 AZN-ə qədər qarşılandığı halda, siz həmçinin "Avto Extra" könüllü sığorta məhsulunu əldə etməklə 5 000 AZN-dən yuxarı olan zərər üçün əlavə 5 000 AZN-dək sığorta ödənişi almaq imkanı qazanırsınız.
Beləliklə, bu məhsullarla müştəri qəza nəticəsində həm başqasının avtomobilinə vurduğu, həm də öz avtomobilinə dəymiş zərərə görə sığorta ödənişinin məbləğini ABB-nin partnyoru olan «Atəşgah» Sığorta ilə 5 000 AZN-dən 10 000 AZN-ə qədər artırmış olur.
ABB mobile tətbiqinin hər bir istifadəçisi tətbiqə daxil olmaqla bu imkandan çox asanlıqla faydalana bilər. Bu cür funksional həllərlə ABB mobile istifadəçilərin maliyyə xidmətləri ilə bağlı bütün ehtiyaclarını cəmi bir neçə toxunuşla və yüksək keyfiyyətlə təmin edən universal rəqəmsal platformaya çevrilir.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən,   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. / banker.az

Banklar     Tarix: 22 avqust 2023

Oxşar xəbərlər

İpoteka kreditlərinin verilməsi qaydaları dəyişdi

İpoteka və Kredit Zəmanət Fondu (Fond) ipoteka kreditlərinin verilməsi qaydalarına edilən dəyişikliklər barədə məlumat yayıb. Marja xəbər verir ki, məlumatda bildirilir:. "İpoteka və Kredit Zəmanət Fondu (Fond) 2006-c

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

AMB: Bank Milli İranın fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur

Bank Milli İranın Azərbaycanda fəaliyyətinə yeni məhdudiyyətlərlə bağlı planımız yoxdur.  xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov bildirib. Onun sözlərinə görə, Bank Milli İranın Azərbaycand

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri

22 oktyabrda Nazirlər Kabineti tərəfindən təsdiq olunan "Azərbaycanın Uzunmüddətli Aşağıkarbonlu İnkişaf Strategiyası" ölkənin 2060-cı ilə qədər iqtisadiyyatını necə "yaşıllaşdıracağını" addım-addım göstərir

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus

Xalq Bank və "Baku Electronics" müştərilər üçün əlavə üstünlük qazandıran yeni kampaniyaya start verir. 26 yanvaradək davam edəcək kampaniya çərçivəsində XalqKart sahibləri "Baku Electronics" və "Seve

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib

Bir ekosistemi Qarabağın bərpası və yenidən qurulmasına verdiyi töhfələri genişləndirərək, doğma yurdlarına qayıdan vətəndaşların peşəkar inkişafını və əmək bazarına inteqrasiyasını dəstəkləyən yeni təşəbbüsə start verib


iqtisadi xeberler emlak xeberleri dollar mezenne en son xeberler valyuta kurslari