ABB-nin Müşahidə Şurasına təyinat olub
Dövlət bankı ABB-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib.
Banker.az xəbər verir ki, bu barədə səhmdarların Ümumi Yığıncağında qərar qəbul edilib.
Qərara əsasən, maliyyə sahəsində böyük təcrübəyə sahib Azər Əliyev Əmiraslan oğlu Müşahidə Şurasının müstəqil üzvü seçilib.
Hazırda bankın Müşahidə Şurasında sədrlə birlikdə yeddi üzv var, bunun üçü müstəqil üzvdür.
Azər Əliyev 1979-cu ildə anadan olub. Azərbaycan Texniki Universitetini Menecment ixtisası üzrə magistr dərəcəsi ilə bitirib. "University of Oxford Saïd Business School"da maliyyə strategiyası üzrə magistr dərəcəsi alıb. İqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Azərbaycan Mərkəzi Bankında baş iqtisadçı və qrup rəhbəri vəzifələrində çalışıb. "International Finance Corporation"da biznesin inkişafı üzrə menecer, "Atəşgah Sığorta Qrupu"nda baş maliyyə inzibatçısı və İdarə Heyətinin üzvü olub, "Atəşgah Həyat Sığorta Şirkəti"nin İdarə Heyətinin sədri (davam edir), "Azərbaycan Triatlon Federasiyası"nın vitse-prezidenti vəzifələrində çalışıb.

Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Apple" illərdir imtina etdiyi yeniliyi təqdim etdi – İlk sensor ekranlı "MacBook Pro" satışa çıxır
Vəzifəli şəxslərə dövlət və bələdiyyə əmlakından istifadə, reklam fəaliyyəti ilə bağlı məhdudiyyətlər qoyulacaq
İpoteka müraciətlərində "makler" müdaxiləsinə qarşı yeni qaydalar tətbiq edilir
Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar
"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır
Azərbaycanda "Mastercard" və "Visa" tarifləri ilin sonuna qədər azaldılacaq
ABB səhmləri nominaldan 22% yuxarı səviyyədə ticarət olunur
Cənubi afrikalı yazıçı süni intellektin köməyi ilə 371 kitab yazaraq 1 milyon dollar qazanıb
Biznes təlimlər və tədris üsulları
Biznes nədir?
Biznes qurmaq üçün nə lazımdır?
Dünyanın ən zəngin idmançıları
CV-nin tərtib edilməsi prinsipləri