ABB-nin səhmdarları Müşahidə Şurası və İdarə Heyətinin təyin edilməsi ilə bağlı toplaşırlar
Dövlətə məxsus olan ABB-nin ( "Azərbaycan Beynəlxalq Bankı" ASC) İdarə Heyəti səhdmarlarına xəbər göndərib ki, 20 may 2024-cü il tarixində saat 15:00-da Bakı şəhəri, Nizami küçəsi 67 ünvanında Bankın səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.
Banker.az xəbər verir ki, "ABB" ASC-nin nizamnaməsinin 8.10-cu maddəsinə əsasən səsvermənin qiyabi şəkildə həyata keçirilməsi nəzərdə tutulub.
Ümumi yığıncağın gündəliyinə aşağıdakı məsələlər daxil edilir:
"ABB" ASC-nin kənar auditor tərəfindən yoxlanılmış 2023-cü ilin maliyyə hesabatları və idarəetmə hesabatının təsdiq edilməsi;
2023-cü ilin maliyyə nəticələrinə əsasən "ABB" ASC-nin səhmdarlarına dividendin ödənilməsi;
"ABB" ASC-nin Müşahidə Şurasının tərkibi;
"ABB" ASC-nin İdarə Heyəti sədrinin təyin edilməsi;
"Banklarda korporativ idarəetmə Standartları"nın tələblərinə əsasən "ABB" ASC-də bir sıra əməkdaşların mükafatlarının təxirə salınması;
Əlavə səhmlərin buraxılması yolu ilə "ABB" ASC-nin nizamnamə kapitalının artırılması;
"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Nizamnaməsinin və "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin Müşahidə Şurası haqqında Əsasnamənin yeni redaksiyada təsdiq edilməsi.
Enerji xərclərinizi "Unibank"la azaldın
Evinizdə və ya biznesinizdə enerji xərclərini azaltmaq istəyirsiniz? "Unibank" enerji effektivliyi layihələri üçün yeni güzəştli kredit imkanı təqdim edir. Bank Enerji Effektivliyi Fondunun vəsaiti hesabına bu layihələr
"AFB Bank"da 6 ayda işçi sayı 57 nəfər artıb
"AFB Bank"ın işçi heyəti ilin ilk yarısında 57 nəfər artıb. xəbər verir ki, cari ilin yanvar-iyun aylarında bankın işçi heyətinin sayında artım dinamikası qeydə alınıb. Məlumata əsasən, 2026-cı ilin 1 yanvar tarixind
Türk İnkişaf Bankı yaradıla bilər
Türk dövlətləri üçün ortaq İnkişaf Bankının layihəsi hazırlanıb. xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millə
Rusiyadan Azərbaycana pul köçürmələri 67% artıb
2026-cı ilin ilk yarısında Rusiyadan Azərbaycana fiziki şəxslər tərəfindən 356,7 milyon dollar pul köçürülüb. Bu, ötən ilin eyni dövründəki 213,1 milyon dollarla müqayisədə 67,4% artım deməkdir. Azərbaycan Mərkəzi Bankın
AMB maliyyə qruplarına da nəzarət edəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) ayrı-ayrı maliyyə institutları ilə yanaşı, onların daxil olduğu maliyyə qruplarının da fəaliyyətinə nəzarət etməsi nəzərdə tutulur. xəbər verir ki, bu, "Mərkəzi Bank" haqqında qanund