ABB Özbəkistandakı bank alışında KPMG ilə çalışıb
KPMG Özbəkistanın inkişaf edən kommersiya banklarından biri - Davr Bank-ın 51% səhminin alışı ilə bağlı ABB-yə (Azərbaycan Beynəlxalq Bankı) dəstək göstərib.
KPMG-dən Marja.az-a verilən məlumata görə, bu tranzaksiya ABB-nin coğrafi genişlənmə hədəflərinə doğru mühüm addım olmaqla yanaşı, Azərbaycanla Özbəkistan arasında iqtisadi və maliyyə əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edir.
Qeyd edilib ki, KPMG ABB-nin hüquq, maliyyə və biznes komandaları ilə birgə çalışaraq, bazar araşdırması, ilkin yoxlama, əməliyyatın icrası və hüquqi məsləhət xidmətləri göstərməklə tranzaksiyanın əsas mərhələlərinə dəstək verib. KPMG-nin multidisiplinar komandası hədəf bankın skrininqi və bazarın araşdırılması, maliyyə, vergi, hüquq, İT və komplayens üzrə ilkin yoxlamaların aparılması, tranzaksiyanın strukturlaşdırılması və danışıqlar prosesinə dəstək, tranzaksiya sənədlərinin nəzərdən keçirilməsi, habelə zəruri tənzimləyici icazələrin alınmasında kömək göstərib.
Layihə KPMG-nin İnvestisiyalar və kapital bazarı, Hüquq, Vergi, Texnologiya və Risk xidmətləri üzrə mütəxəssislərini bir araya gətirməklə, maliyyə xidmətləri sektorunda transsərhəd əməliyyatların multidisiplinar xarakterini əks etdirib.
"Bank sektorunda həyata keçirilən transsərhəd əməliyyatlar hüquqi və tənzimləyici baxımdan xüsusilə hərtərəfli qiymətləndirmə tələb edir. İnvestorlar layihənin kommersiya baxımından cəlbediciliyi ilə yanaşı, yerli qanunvericiliyin tələblərini, maliyyə sektorunu tənzimləyən xüsusi normativ bazanı, habelə korporativ idarəetmə strukturunu nəzərə almalıdırlar. Bu amillərin hərtərəfli qiymətləndirilməsi tranzaksiyanın uğurlu icrasını təmin etməyə kömək edir" - deyə Azərbaycanda və Özbəkistanda KPMG Law rəhbəri Seymur Niftəliyev qeyd edib.
"Bu cür tranzaksiyaların mahiyyəti yalnız kapitaldan ibarət deyil. Onlar uzunmüddətli inkişaf məqsədilə müxtəlif ölkələrdə fəaliyyət göstərən müəssisələri, bazarları və maraqlı tərəfləri bir araya gətirir. ABB Banka regional genişlənmənin bu mühüm mərhələsində dəstək olmaq multidisiplinar komandamız üçün böyük şərəf idi. Biz tranzaksiya prosesində nümayiş etdirdikləri etimada, peşəkarlığa və əməkdaşlığa görə ABB Banka, Davr Bank-ın səhmdarlarına və rəhbərliyinə, eləcə də layihənin bütün iştirakçılarına öz təşəkkürümüzü bildiririk" - deyə KPMG Qafqaz və Mərkəzi Asiyada İnvestisiyalar və kapital bazarı departamentinin Partnyoru Kiril Martinov bildirib.

Manat əmanətlərinə illik 11%-dək gəlir — Ən yüksək faizi hansı banklar verir? (oktyabr)
Dollar əmanətlərinə ən yüksək faizi hansı banklar verir? — Oktyabr, 2026
"Unicapital" İnvestisiya Şirkəti birjada əməliyyatlarını – 3 DƏFƏ ARTIRIB
ABB-nin süni intellekt həlli Las Veqas-da keçiriləcək "Money20/20"-də finalçı kimi yarışacaq
Rusiyada Qazaxıstanın "Freedom" qrupu ilə bağlı investorlar şikayət edir
"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK
ABŞ-da ipoteka faizləri üç ilin ən yüksək səviyyəsinə qalxıb
"Bitcoin" 84 min dollara kimi ucuzlaşıb - SON QİYMƏT
"Standard Chartered": Hörmüzdən neft axını hələ normallaşmayıb
Azərbaycanda sahibkar 13 milyonlu şirkətini – 280 MİLYONLUQ ŞİRKƏTİNƏ BİRLƏŞDİRDİ
Startup nədir və necə olur?
SEO nədir və Google axtarışda necə 1-ci olaq?
Shopify-da necə satışa başlamaq olar?
Ən çox gəlir gətirən onlayn bizneslər
Biznes nədir və hansı növləri var?