ABB partnyorları ilə görüş ®
ABB-nin partnyorları ilə kommunikasiyaların daha da inkişafı, Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında faydalı rəylərin öyrənilməsi məqsədilə partnyorlarla görüş keçirilib. Görüşdə ABB-nin 80-dən çox partnyoru iştirak edib. Tədbir zamanı Bankın "İndi al, sonra ödə!" xidməti iştirakçılara təqdim edilib.
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Xatırladaq ki, bu, partnyor mağazalarda elə yerindəcə kreditləşmə ilə məhsul alışına şərait yaradan yeni xidmət növüdür. Satıcı Bankın təqdim etdiyi kabinet vasitəsilə müştərini "ABB mobile" tətbiqinə yönləndirir. Müştəri tətbiqdə "İndi al, sonra ödə!" xidmətindən yararlanmaq üçün tələb olunan məlumatları daxil edib tətbiq üzərindən SİMA vasitəsilə sənədlərin imzalanmasını həyata keçirdikdən sonra istədiyi məhsulu alıb, ödənişini hissəli şəkildə ödəyir.
Tədbir zamanı partnyorların bu xidmət haqqında sualları cavablandırılıb. Onların rəy və təklifləri öyrənilib. Müxtəlif təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb. ABB-nin bir neçə partnyoruna müxtəlif istiqamətlərdə Bankla uzunmüddətli səmərəli tərəfdaşlıq münasibətlərinə görə müvafiq nominasiyalar üzrə mükafatlar təqdim edilib.
Daha sonra ABB-nin İntellektual Klubunun təşkilatçılığı ilə partnyorlar üçün "Nə? Harada? Nə zaman?" formatında intellektual oyun keçirilib. Birinci, ikinci və üçüncü yerin qalibləri mükafatlandırılıb. Görüş işgüzar şam yeməyi ilə başa çatıb.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə ətraflı məlumatı Bankın filial və şöbələrindən, rəsmi internet səhifəsi , 937 nömrəli Məlumat Mərkəzi və rəsmi sosial şəbəkə səhifələrindən əldə etmək mümkündür. / marja.az

Enerji xərclərinizi "Unibank"la azaldın
TuranBank "Azərbaycanda aparıcı tərəfdaş bank" nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb
Mərkəzi Bank departamentin adını və səlahiyyətlərini dəyişib
Elektron ticarəti həyata keçirən qeyri-rezidentlər yeni qaydada vergi uçotuna alınacaq
Mərkəzi Bankda yeni struktur yaradılıb, rəhbər təyin edildi
Azərbaycandan xaricə pul köçürmələri 13% azalıb
Bitkoin bahalaşıb - SON QİYMƏT
Azərbaycanda ilk dəfə unikal bank səhmdarlarının sayı açıqlanıb
Azərbaycan bazarına 263 milyard dollarlıq ərəb şirkəti gəlir – L"IMAD hansı şirkətlərə sahibdir?
SWIFT nədir?
İnstaqramda biznes qurmağın yolları
Dünyanın TOP-5 bahalı geyim şirkətləri
İKEA şirkətinin tarixi
5 liderlik göstəricisi