ABB sədri ABA-nı 35 illik yubileyi münasibətilə təbrik edib
®Azərbaycan Banklar Assosiasiyası (ABA) 35 illik yubileyini qeyd edir! ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov sosial media hesablarında bununla bağlı təbrikini paylaşıb.
"35 il ərzində ABA ölkəmizin bank sektorunun inkişafına, müasir çağırışlara uyğunlaşmasına və yeni trendlərin tətbiqinə mühüm töhfələr verib. Bu uğurların əsasını üzvlər arasında koordinasiya, əməkdaşlıq və sinerji təşkil edir. ABA Azərbaycan Mərkəzi Bankı, müvafiq dövlət qurumları ilə yanaşı, digər tərəfdaşlarımızla da konstruktiv və səmərəli dialoq quraraq sektor qarşısında duran məsələlərin operativ müzakirəsində, uyğun həllərin tapılmasında hər zaman mühüm rol oynayıb" – Abbas İbrahimov qeyd edib.
O, bildirib ki, ABA-nın maliyyə savadlılığının artırılması, rəqəmsal bankçılığın inkişafı və müştəri təcrübəsinin yaxşılaşdırılması istiqamətindəki təşəbbüsləri cəmiyyətimiz üçün böyük fayda yaradır. Bank əməkdaşlarının peşəkarlığının artırılması üçün ABA-nın həyata keçirdiyi təlimlər, beynəlxalq tədbirlər və təcrübə mübadiləsi proqramları sektorun inkişafını sürətləndirir, yeni biliklərin və texnologiyaların yayılmasını təmin edir.
"Bu uğurlu yolun arxasında ABA rəhbərliyinin və qurumun peşəkar komandasının əməyi xüsusi vurğulanmalıdır. Eyni zamanda, ABA nəzdində fəaliyyət göstərən və sektorumuzun inkişafına töhfə verən işçi qrupların rolunu qeyd etmək istərdim. Müxtəlif istiqamətlər üzrə çalışan bu işçi qruplar, ümumi məqsədlər üçün birgə səy göstərərək bank sektorunun güclənməsinə və əməkdaşlıq ruhunun möhkəmlənməsinə dəstək olurlar".
Abbas İbrahimov onu da bildirib ki, Azərbaycanın ən böyük bankı kimi ABB də ABA-nın mövcud 17 ekspert qrupunun hər birində fəal iştirak edir, 7 ekspert qrupuna isə birbaşa rəhbərlik edir. / banker.az

"BOKT-lara demişik ki, bu kreditləşmə bizim üçün maraqlı deyil
Mərkəzi Bank Azərbaycan banklarının xarici bazarlara çıxışını dəstəkləyir
"Binance": Təhlükəsizlik insidenti səbəbindən ümumi zərər təxminən 6,3 milyard dollar təşkil edir
"Bitcoin" ucuzlaşıb - SON QİYMƏT
"Binance" kriptobirjasına kiberhücum: 2,54 milyard dollarlıq aktivlər dondurulub
XalqKart ilə "Baku Electronics" mağazalarında 5 % keşbek/bonus
Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib
Səfir: Azərbaycan-Qırğızıstan biznes forumu keçiriləcək
İban nədir?
SMM nə deməkdir?
Xaricdə freelancer tapmaq üçün TOP-5 sayt
Dünyanın ən bahalı restoranları
Dünyanın ən dəyərli avtomobil şirkətləri