ABŞ strateji neft ehtiyatlarını artırmağa başlaya bilər
ABŞ administrasiyası iyun ayından ölkənin strateji neft ehtiyatlarının doldurulması prosesinə başlaya bilər.
Bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Enerji və ticarət komitəsində keçirilən dinləmələrdə energetika naziri Cennifer Qranholm bildirib.
O qeyd edib ki, nazirlik iyun ayında neft almağa başlaya bilər.
"Nazirlik əvvəllər qanunvericilər tərəfindən təsdiqlənmiş 26 milyon barelin satışı başa çatdıqdan sonra iyun ayında ehtiyatı artırmaq üçün neft almağa başlaya bilər. Məhz bu məqamda ABŞ ehtiyatları artırmaq üçün keçidi dəyişəcək və neft almağa çalışacaq", – deyə Qranholm vurğulayıb. / banker.az
Dolların sabaha olan məzənnəsi - AÇIQLANDI
Azərbaycan Mərkəzi Bankı manatın rəsmi məzənnəsi ilə bağlı məlumat açıqlayıb. xəbər verir ki, 18 sentyabr 2026-cı il tarixindən etibarən manatın ABŞ dollarına qarşı rəsmi məzənnəsi Mərkəzi Bank tərəfindən 1,700 səviyyəsind
Media subyektləri üçün vergi güzəştinin müddəti uzadılır
Azərbaycanda media subyektləri üçün vergi güzəştinin müddəti daha 3 il uzadılır. xəbər verir ki, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb. Vergi Məcəlləsinə təklif edilən dəyişiklik zamanı əksini tapıb
Bu ərizəni verməyənlər 200 man cərimə olunacaq
30 gün müddətində vergi orqanında uçota alınmaq üçün ərizənin verilməməsinə görə 200 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcək. xəbər verir ki, məsələ Milli Məclisin bugünkü iclasında müzakirə olunan Vergi Məcəlləsind