ABŞ tənzimləyicisi "Microsoft" və "Activision Blizzard"ın 69 mlrd. dollarlıq müqaviləsini bloklamağı tələb edib
ABŞ Federal Ticarət Komissiyası (FTC) "Microsoft"un video-oyun tərtibatçısı "Activision Blizzard"ı satın almasına mane olmaq üçün məhkəməyə müraciət edib. "FTC" saytındakı press-relizdə deyilir ki, "Microsoft" bu müqavilə ilə "rəqabəti darmadağın etməyə" çalışır.
Banker.az bu barədə "Kommersant"a istinadən xəbər verir.
Tənzimləyici izah edir ki, "Activision Blizzard" dünyada müxtəlif qurğular, o cümlədən konsollar, fərdi kompüterlər və smartfonlar üçün oyunlar yaradan tərtibatçılardan biridir. Bununla belə, "FTC" bunun "Microsoft"la "Activision Blizzard" məhsullarında "rəqabətə zərər vermək üçün stimullar" və "qiymətləri manipulyasiya etmək" məqsədilə oyunların keyfiyyətini aşağı salan razılaşmaya görə dəyişə biləcəyindən ehtiyat edir.
Xatırladaq ki, "Microsoft" yanvar ayında "Activision Blizzard"ı 68.7 milyard dollara almağa razılaşıb. Bu, video-oyun bazarındakı ən böyük sövdələşmələrdən biridir. Şirkət bu sövdələşmənin video oyun bazarındakı mövqeyini gücləndirəcəyini, eləcə də "Tencent" və "Sony" kimi bazar liderləri ilə rəqabət aparmağa kömək edəcəyini gözləyir. İyul ayında Britaniya tənzimləyicisi sövdələşmənin antiinhisar qaydalarına uyğunluğunu nəzərdən keçirməyə başlayıb. Noyabrın əvvəlində isə Avropa İttifaqı da araşdırmalara qoşulub.

"Bitcoin" 8 ayın maksimumuna yüksəlib - SON QİYMƏT
Naxçıvan Müəllimlər İnstitutu ləğv edilir
Bir-dən mikro sahibkarlar üçün rəqəmsal imkanlar: "Biznesdə birlikdə" proqramına start verildi
Rusiyadan Gürcüstana pul köçürmələri 20 illik minimuma düşüb
AMB: Valyuta alışları manat likvidliyini artırır, faizlərə azaldıcı təsir göstərir
Qazaxıstan əcnəbilər üçün bank hesabı açılışında qaydaları dəyişir
"Express Experience" Yay Təcrübə Proqramı – UĞURLA BAŞA ÇATIB
Mərkəzi Bank daşı tərəzinin hansı gözünə qoyacaq? – Faiz qərarı açıqlanır
"Monetri"nin kredit portfeli 30 milyon manatı keçib – aktivləri 38,9 milyon manata çatıb
"Bitcoin"in qiyməti 85 min dolları ötüb - SON QİYMƏT
Amazonda satış etmək üçün bilməli olduqlarınız
Elon Musk kimdir?
Dizaynerlər üçün TOP-5 Freelance sayt
Dropshipping nədir?
Necə Bitcoin almaq olar?