ABŞ–İran gərginliyinə baxmayaraq, şirkətlər Dubaya axışır

ABŞ–İran gərginliyinə baxmayaraq, şirkətlər Dubaya axışırDubay Beynəlxalq Maliyyə Mərkəzi (DIFC) çərşənbə axşamı açıqlayıb ki, ABŞ–İran gərginliyinin davam etməsinə baxmayaraq, iyunun sonunadək olan birillik dövrdə mərkəzdə yeni şirkət qeydiyyatlarının sayı 30% artıb.
Dubayda yaşayış icazəsi almaq asanlaşdı - Minimum yatırım həddi ləğv edilib - MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, regionda davam edən müharibəyə rəğmən, Dubayın maliyyə mərkəzində aktiv qeydiyyatda olan şirkətlərin sayı ilk dəfə 10 mini ötüb. Bu nəticə DIFC-nin qlobal şirkətləri cəlb etməkdə davam edən uğurunu nümayiş etdirib.
DIFC-nin məlumatına görə, son 12 ayda qeydiyyatların sayı 30% artıb və mərkəzdə 2 min 318 yeni şirkət fəaliyyətə başlayıb. Daha əvvəl burada 50 mindən çox şəxsin çalışdığını bildirən mərkəz hazırda 10 min 18 şirkətə ev sahibliyi edir.
DIFC fevral ayında mərkəzdə aktiv qeydiyyatdan keçmiş 8 min 844 şirkətin olduğunu açıqlamışdı. Həmin ayın sonlarında başlayan hərbi qarşıdurma yeni şirkət axınının zəifləyə biləcəyi ilə bağlı narahatlıq yaratsa da, ilin birinci rübündə 775 yeni şirkət fəaliyyətə başlayıb. Bu şirkətlərin üçdə biri müharibənin ən intensiv dövrü hesab edilən mart ayında regionda fəaliyyət göstərməyə başlayıb.
DIFC-nin baş icraçı direktoru Arif Əmiri bildirib:
"Müştəri bazasının genişlənməsi, innovasiya fəaliyyəti və investisiya axınları ilə dəstəklənən maliyyə xidmətləri sektorunun bütün əsas seqmentlərində güclü dinamika müşahidə edirik".
Aşağı vergi rejimi və biznes qurmağın nisbətən asan olması sayəsində Dubay son illərdə qlobal kapitalın aparıcı mərkəzlərindən birinə çevrilib.
Dünyanın ən böyük hedc fondlarını və investisiya strukturlarını cəlb etmək uğrunda qonşu Əbu-Dabi ilə rəqabət aparan DIFC fond menecerləri üçün daha cəlbedici mərkəzə çevrilmək məqsədilə tənzimləyici bazanın nəzərdən keçirilməsi də daxil olmaqla müxtəlif imkanlar üzərində işləyir.

Biznes     Tarix: 28 iyul 2026

Oxşar xəbərlər

"Gəncə Şərab-1"in dövlətə 30 min manata yaxın vergi borcu var – QƏRAR VERİLƏCƏK

"Gəncə Şərab-1" ASC-nin borclarının həll olunması məqsədilə şirkətin səhmdarlarının növbədənkənar iclası çağırılıb. xəbər verir ki, 6 noyabr 2026-cı il saat 15.00-da "Gəncə Şərab-1" ASC səhmdarlarını

İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi bağlandı

Sentyabr ayında Şəki rayonunda iki nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisənin baş verdiyi "Şəki Yaylası" istirahət mərkəzinin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. "Şəki Yaylası"ndakı hadisə il

NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstək məqsədi ilə "YAŞAT" Fondu ilə xeyriyyə turniri təşkil edib

NEQSOL Holding "YAŞAT" Fondu ilə əməkdaşlıq çərçivəsində "Nə? Harada? Nə zaman?" intellektual oyunu üzrə "YAŞAT Kuboku" adlı xeyriyyə turniri təşkil edib. xəbər verir ki, turnirdə Holdinqin tərkibindək

Avropa şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş sayır

Avropa İttifaqı (Aİ) şirkətlərinin 57 %-i Azərbaycandakı iqtisadi vəziyyəti qənaətbəxş qiymətləndirir. xəbər verir ki, bunu Bakıda keçirilən Aİ-Azərbaycan Biznes Forumunun 2024–2026-cı illər üzrə qrup rəhbəri Aytən Axundov

"Norm"un 5 illik strategiyası: Yeni zavodlar, məhsullar və Qarabağ planı – RAMİL MAHMUDOVLA MÜSAHİBƏ

Azərbaycanın sement sənayesində lider mövqeyə malik şirkətlərindən biri olan "Norm" ASC ölkənin tikinti materialları bazarında mühüm rol oynayır. Müasir istehsal texnologiyaları, illik 2,1 milyon ton sement istehsal

Bakıda məşhur restoran fəaliyyətini dayandırdı

Bakıda fəaliyyət göstərən məşhur "Vapiano" restoranının hər iki filialı müvəqqəti olaraq bağlanıb. Restoran sahiblərinə ƏDV güzəştləri - QAYDALAR. xəbər verir ki, bu barədə restoranın rəsmi "Instagram"

Dövlət şirkətlərinin idarəetmə orqanlarının üzvlərinin mükafatlandırılması qaydası dəyişib

Nazirlər Kabineti 4 iyun 2019-cu il tarixli "Paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması ilə bağlı bir sıra normativ hüquqi aktların təsdiq edilməs

Azərbaycanda 200 min dollarlıq şirkətin – ADI DƏYİŞDİRİLİR

"Tunç" LTD ŞTİ Müəssisəsi (VÖEN: VÖEN: 1700246631) adını və təşkilatı-hüquqi formasını dəyişir. biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət "Tunc Stone" MMC -yə çevrildiyini elan edib. Qey

Azərbaycanda sahibkar qadınlar kişilərdən – 3 DƏFƏ AZDIR

Bu ilin əvvəlində Azərbaycanda fərdi sahibkarların sayı 1 milyon 454 min 61 nəfər olub. Bank və sığorta sektorunda kişilərin maaşı qadınlardan 1421 manat çoxdur. biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsin


iqtisadi xeberler en son xeberler emlak xeberleri leobank kart bu gunun xeberleri