AccessBank 8,5 milyon manat "yaşıl kredit" cəlb etdi - SAZİŞ İMZALANIB

AccessBank 8,5 milyon manat (®) Azərbaycanda mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsində lider olan AccessBank  və responsAbility Investments AG  tərəfindən idarə edilən Global Climate Partnership Fund S.A  arasında 8,5 milyon AZN dəyərində kredit razılaşması imzalanıb.    
Bu barədə Marja-ya AccessBank -dan bildirilib.
Müqaviləyə əsasən, kredit vəsaitləri Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin enerji səmərəliliyi və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqinə yönəldiləcək.  
Beşillik proqram, AccessBank-ın "yaşıl kredit" imkanlarını inkişaf etdirməyə yönəldiləcək və kredit vəsaitlərinin Azərbaycanda "yaşıl layihələrə" yönəldilməsinə şərait yaradan, GCPF tərəfindən maliyyələşdirilən texniki yardım və məsləhət dəstəyini təmin edir.
 "AccessBank olaraq Global Climate Partnership Fund S.A. təşkilatı ilə imzalanan müqavilə əsasında Azərbaycanda yenilik etməyimizdən çox məmnunuq.  Bu addım bizim maliyyə dayanıqlığına sadiqliyimizi əks etdirməklə, Azərbaycanda "yaşıl təşəbbüslərin"  imkanlarının  genişləndirilməsi və ekoloji sabitliyin təmin edilməsinə imkan verir", - bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirdi.  
"Azərbaycanın "yaşıl iqtisadi" transformasiyanı sürətləndirmək öhdəliyi ölkəni karbonsizləşdirmə və iqtisadiyyatın şaxələndirilməsinə doğru aparması gözlənilən bir sıra iqlim siyasəti islahatlarının başlanmasına səbəb olub. AccessBank-ın innovativ baxışı və iqlimə uyğun kreditləşmə həllərini genişləndirmək öhdəliyi ilk görüşdən bizi heyran etdi. Bankın MKOB seqmentlərində güclü mövqeyi Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaları stimullaşdırmaq üçün unikal platforma təqdim edir. Biz bankın "yaşıl kredit" səyahətini dəstəkləmək üçün fərdi məsləhətlər və texniki yardım təqdim etməyi səbirsizliklə gözləyirik", - deyə responsAbility Investments AG-nin Maliyyə İnvestisiyaları və İqlim Maliyyəsi departamentinin rəhbəri Daid Diaz Formidoni bildirib.
Gözləntiləri nəzərə alaraq, AccessBank və Global Climate Partnership Fund (GCPF) arasında əməkdaşlıq həlledici rol oynayır. Baş ofisi Lüksemburqda yerləşən, responsAbility Investments AG şirkəti tərəfindən idarə edilən GCPF 2009-cu ildə Almaniyanın Federal Ətraf Mühit Nazirliyi, KfW Entwicklungsbank və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yaradılmış fonddur. Dövlət və özəl sektorların  tərəfdaşlığını təmin edən GCPF,  enerji effektivliyi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi vasitəsilə yeni yaranan və inkişaf edən bazarlarda iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə məşğuldur. Fond, enerjiyə əhəmiyyətli dərəcədə qənaət etməkl yanaşı,  istixana qazlarının proqnozlaşdırılan tullantılarının ən azı 20% azaldılmasına yönəlmiş təşəbbüslərə hədəflənib.  / marja.az

Banklar     Tarix: 14 dekabr 2023

Oxşar xəbərlər

"Kredit Evi" 15 milyon 300 min manatlıq daşınmaz əmlak almağa hazırlaşır

"Kredit Evi" ASC 15 milyon 300 min manat dəyərində daşınmaz əmlakın alınması ilə bağlı qərar qəbul edib. xəbər verir ki, qərar şirkətin səhmdarlarının 23 oktyabr 2026-cı il tarixində keçirilmiş növbədənkənar ümum

Bu bankın İdarə Heyətinin sədri və üzvlərinin taleyi dekabrda müəyyənləşəcək

"Yelo Bank" ASC-nin İdarə Heyətinin sədri və üzvlərinin vəzifəyə yenidən təyin edilməsi məsələsi səhmdarların müzakirəsinə çıxarılacaq. Bankın 2027-ci il üzrə büdcəsinin və növbəti üç ili əhatə edən strateji planını

Azərbaycanda əcnəbi turistlər bank kartları ilə 1,27 milyard manata əməliyyat aparıblar

2026-cı ilin yanvar–sentyabr aylarında qeyri-rezident maliyyə institutlarının emissiya etdiyi ödəniş kartları vasitəsilə Azərbaycanda təxminən 1 milyard 270 milyon manatlıq əməliyyat həyata keçirilib. xəbər verir ki, bu

Taleh Kazımov: "Xarici bankların Azərbaycana gəlməsini dəstəkləyirik"

Xarici bankların Azərbaycana gəlməsində maraqlıyıq. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov deyib. Onun sözlərinə görə, AMB-nin xarici bankların Azərbaycana gəlməsində maraqlı olmaması fikri yanlış yanaşmadır

İcbari Sığorta Bürosu "We Invest in People – Silver" beynəlxalq akkreditasiyasına layiq görülüb

İcbari Sığorta Bürosu (İSB) insan kapitalının idarə edilməsi, təşkilati mədəniyyətin inkişafı, liderlik, əməkdaşların motivasiyası və peşəkar inkişafı sahəsində tətbiq etdiyi idarəetmə təcrübələrinin beynəlxalq qiymətləndirilməs

İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu

İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxışını genişləndirmək məqsədilə yeni "İşğalda

Mərkəzi Bankın sədri: Bankların kredit vermək üçün 4,6 milyard manat sərbəst vəsaiti var

Azərbaycanda bank sektorunun izafi likvidliyi yüksək səviyyədə qalmaqda davam edir. Bankların mövcud tənzimləyici tələblər nəzərə alındıqdan sonra kreditləşməyə yönəldə biləcəyi sərbəst vəsaitlərinin həcmi 4,6 milyard mana

Azərbaycanda bank müştərilərinin sayı 17 milyonu keçib

2026-cı ilin sentyabr ayının sonuna olan məlumata görə, ölkədə bank müştərilərinin və müştəri hesablarının sayında həm aylıq, həm də illik müqayisədə artım qeydə alınıb. bu barədə Azərbaycan Mərkəzi Bankının dərc etdiyi statisti

Maaşı istənilən bankdan almaq bu tarixdən mümkün olacaq

Gələn il aprelin 1-dən vətəndaşlar maaş hesablarını heç bir əlavə ödəniş etmədən istədikləri banka keçirə biləcəklər. Bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov iqtisadçılarla görüşündə bildirib. Onun sözlərinə görə, növbət


iqtisadi xeberler dollar kursu valyuta mezennesi biznes krediti birbank