"AccessBank" nizamnamə kapitalını azaldır
"AccessBank" QSC adi səhmlərin nominal dəyərinin dəyişdirilməsini elan edir.
Banker.az-ın məlumatına görə, "AccessBank" Qapalı Səhmdar Cəmiyyəti ("Bank") hər bir adi səhminin nominal dəyərinin 4,25 AZN-dən 2,00 AZN-ə redenominasiyasını və müvafiq olaraq nizamnamə kapitalının azaldılmasını elan edir.
Bank qeyd edir ki, adi səhmlərinin nominal dəyərinin azaldılması başa çatdıqdan sonra səhmlərin sayı və səhmdarların strukturu dəyişməz qalacaq.
Bankın məcmu kapital vəziyyəti dəyişməyəcək və requlyativ normanın minimum tələblərindən təxminən üç dəfə artıq qalacaq. Elanla bağlı hər hansı tələb və ya sualınız olarsa, 30 təqvim günü ərzində Bakı şəhəri, AZ1065, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanına müraciət edə bilərsiniz.
Xatırladaq ki, "AccessBank" QSC-nin nizamnamə kapitalı 270 106 912.25 AZN təşkil edir.

Mərkəzi Bank maliyyə sektorunun inkişafı üzrə hədəflərinin 15 faizini icra edə bilməyib
Banklara mesaj: Pullarınızı Mərkəzi Bankda deyil, bir-birinizdə yerləşdirin - "Vəsaitlər kreditləşməyə yönəlməlidir"
"Azərsun Holdinq" qeyri-neft sektorunun ikinci ən böyük ixracatçısı olub
İşğaldan azad edilmiş ərazilərdə sahibkarlar üçün yeni güzəştli kredit məhsulu
"Yaşıl maliyyəni həm iqlim qarşısında məsuliyyət, həm də müştərilərimiz üçün yeni imkan kimi görürük" - "Unibank"ın Dayanıqlılıq meneceri
Oğurlanan bitkoinlərin hamısı geri qaytarılıb – RƏSMİ AÇIQLAMA
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir ®
Biznes qurmaq istəyənlərə 10 məsləhət
Onlayn biznes ideyaları
Ən çox soruşulan müsahibə sualları hansılardır?
Biznesə aid ən yaxşı 10 kitab
İlon Mask kimdir?