AccessBank və Global Climate Partnership Fund Azərbaycanda yeni "yaşıl iqtisadiyyat" təşəbbüsünə start verirlər

AccessBank və Global Climate Partnership Fund Azərbaycanda yeni ®Azərbaycanda mikro, kiçik və orta biznesin (MKOB) maliyyələşdirilməsində lider olan AccessBank  və responsAbility Investments AG  tərəfindən idarə edilən Global Climate Partnership Fund S.A  arasında 8,5 milyon AZN dəyərində kredit razılaşması imzalanıb.    
Müqaviləyə əsasən, kredit vəsaitləri Azərbaycanda kiçik və orta sahibkarlıq subyektlərinin enerji səmərəliliyi və bərpa olunan enerji layihələrinin maliyyələşdirilməsinin təşviqinə yönəldiləcək.  
Beşillik proqram, AccessBank-ın "yaşıl kredit" imkanlarını inkişaf etdirməyə yönəldiləcək və kredit vəsaitlərinin Azərbaycanda "yaşıl layihələrə" yönəldilməsinə şərait yaradan, GCPF tərəfindən maliyyələşdirilən texniki yardım və məsləhət dəstəyini təmin edir.
 "AccessBank olaraq Global Climate Partnership Fund S.A. təşkilatı ilə imzalanan müqavilə əsasında Azərbaycanda yenilik etməyimizdən çox məmnunuq.  Bu addım bizim maliyyə dayanıqlığına sadiqliyimizi əks etdirməklə, Azərbaycanda "yaşıl təşəbbüslərin"  imkanlarının  genişləndirilməsi və ekoloji sabitliyin təmin edilməsinə imkan verir", – bunu AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri bildirdi.  
"Azərbaycanın "yaşıl iqtisadi" transformasiyanı sürətləndirmək öhdəliyi ölkəni karbonsizləşdirmə və iqtisadiyyatın şaxələndirilməsinə doğru aparması gözlənilən bir sıra iqlim siyasəti islahatlarının başlanmasına səbəb olub. AccessBank-ın innovativ baxışı və iqlimə uyğun kreditləşmə həllərini genişləndirmək öhdəliyi ilk görüşdən bizi heyran etdi. Bankın MKOB seqmentlərində güclü mövqeyi Azərbaycanda bərpa olunan enerji və enerji səmərəliliyinə investisiyaları stimullaşdırmaq üçün unikal platforma təqdim edir. Biz bankın "yaşıl kredit" səyahətini dəstəkləmək üçün fərdi məsləhətlər və texniki yardım təqdim etməyi səbirsizliklə gözləyirik", – deyə responsAbility Investments AG-nin Maliyyə İnvestisiyaları və İqlim Maliyyəsi departamentinin rəhbəri Daid Diaz Formidoni bildirib.
Gözləntiləri nəzərə alaraq, AccessBank və Global Climate Partnership Fund (GCPF) arasında əməkdaşlıq həlledici rol oynayır. Baş ofisi Lüksemburqda yerləşən, responsAbility Investments AG şirkəti tərəfindən idarə edilən GCPF 2009-cu ildə Almaniyanın Federal Ətraf Mühit Nazirliyi, KfW Entwicklungsbank və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən yaradılmış fonddur. Dövlət və özəl sektorların  tərəfdaşlığını təmin edən GCPF,  enerji effektivliyi və bərpa olunan enerji mənbələrinin genişləndirilməsinə yönəlmiş layihələrin maliyyələşdirilməsi vasitəsilə yeni yaranan və inkişaf edən bazarlarda iqlim dəyişikliyinin nəticələrinin yumşaldılması ilə məşğuldur. Fond, enerjiyə əhəmiyyətli dərəcədə qənaət etməkl yanaşı,  istixana qazlarının proqnozlaşdırılan tullantılarının ən azı 20% azaldılmasına yönəlmiş təşəbbüslərə hədəflənib.        
"AccessBank" Azərbaycanın mikromaliyyələşdirmə bazarında lider olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 14-ü Bakıda, 18-i bölgələrdə olmaqla, 32 filialı fəaliyyət göstərir və MKOB-lar üçün əlçatan maliyyələşdirmə imkanlarını təqdim etməyə davam edir. 
Bankın xidmətləri haqqında daha ətraflı məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına, və ya bankın sosial şəbəkələrdə (Facebook, Instagram, LinkedIn) hesablarına daxil olmaq olar.  
*AccessBank QSC Azərbayca Respublikası Mərkəzi Bankı tərəfindən 25 oktyabr 2002-ci il tarixli 245 saylı lisenziya əsasında fəaliyyət göstərir. Bankın Baş ofisi Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti 3 ünvanında yerləşir. / banker.az

Banklar     Tarix: 14 dekabr 2023

Oxşar xəbərlər

Azərbaycanın strateji valyuta ehtiyatları 38 aylıq idxalı maliyyələşdirməyə kifayət edir

Azərbaycanın strateji valyuta ehtiyatları cari ilin 4 ayının sonuna 2.9 mlrd. və ya 3.4% artıraq 87.9 mlrd. ABŞ dollar səviyyəsinə yüksəlib. xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfransınd

Mərkəzi Bank faizlə bağlı nə qərar verəcək?

Azərbaycan Mərkəzi Bankı 6 may 2026-cı il tarixində uçot dərəcəsi ilə bağlı ilin üçüncü qərarını açıqlamağa hazırlaşır. xəbər verir ki, qərarın gün ərzində press-reliz formasında yayımlanması, daha sonra isə AMB sədrini

Mərkəzi Bank qiymətlər üzrə proqnozlarını qaldırdı – İllik inflyasiya 6%-ə yüksələ bilər

Azərbaycan Mərkəzi Bankının yenilənmiş may proqnozuna görə 2026-cı il üzrə illik inflyasiya 5.9 faizə yüksəldilib. Halbuki, 2026-cı ilin ilk fevral iclasında bu rəqəm 5.5 faiz təşkil edirdi. xəbər verir ki, 2027-ci il üzr

Bu BOKT 2 dəfə böyüyüb, xalis mənfəəti 3,4 dəfə artıb

"Caspian Finance BOKT" MMC 2025-ci ili 1 milyon 284 min 682 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 377 min 226 manat təşkil etmişdi. Beləliklə, BOKT-un xalis mənfəəti illik müqayisəd

"İdeal Kredit" BOKT strategiyasını uğurla icra edir – MƏNFƏƏT KƏSKİN ARTIB

BOKT "İdeal Kredit" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb. Şirkətin nəticələri həm maliyyə dayanıqlığının, həm də davamlı inkişaf strategiyasının uğurla icra olunduğunu nümayiş etdirir. Açıqlana

"Alfa Kapital BOKT"ın mənfəəti 89% artıb

"Alfa Kapital BOKT" MMC (keçmiş "Effektinvest") 2025-ci ili 382 min 799 manat xalis mənfəətlə başa vurub. 2024-cü ildə şirkətin xalis mənfəəti 202 min 390 manat olmuşdu. Beləliklə, BOKT-un xalis mənfəət

"Azər-Türk Bank"da yığıncaq keçiriləcək

22 iyun 2026-cı il tarixində saat 12:00-da "Azər-Türk Bank" Açıq Səhmdar Cəmiyyəti səhmdarlarının növbəti Ümumi Yığıncağının keçirilməsinə dair qərar qəbul edilmişdir. Ümumi Yığıncaq Bankın inzibati binası yerləşə

"Global Finance" ABB-ni yenidən ölkə üzrə "İlin ən yaxşı bankı" seçdi

Dünyanın məşhur "Global Finance" jurnalı "İlin ən yaxşı bankı" mükafatının qaliblərini müəyyənləşdirib. ABB son 6 ildə 4-cü dəfə ölkə üzrə "İlin ən yaxşı bankı" seçilib. ABB bu mükafata mənfəətliliyinə

"PASHA Bank Georgia" 4 mln. lari üzərində xalis mənfəət əldə edib

"PASHA Bank Georgia" 2026-cı ilin I rübünü 4.07 mln. lari və ya 2.57 mln. Azərbaycan manatı* xalis mənfəətlə  başa vurub. Halbuki, bank 2025-ci ilin eyni dövründə 914.7 min lari zərər açıqlamışdı. xəbər verir ki


iqtisadi xeberler rubl mezenne valyuta kurslari dollar manat kursu 1000 manatla biznes