ADB: "Azərbaycanda həm dövlət, həm də özəl şirkətlərə investisiya etməyə hazırıq"
Asiya İnkişaf Bankı (ADB) Azərbaycanda həm dövlət, həm də özəl şirkətlərə investisiya etməyə hazırdır.
ADB Azərbaycana 2,5 milyard ABŞ dollarına qədər investisiya yatıracaq
FED.az xəbər verir ki, Asiya İnkişaf Bankı (AİB) Azərbaycan şirkətlərinin kapital bazarı üzrə emissiyalarında birbaşa investor kimi iştirak etməyə hazır olduğunu açıqlayıb. Bu barədə bankın Özəl Sektorun İnkişafı üzrə mütəxəssisi Sənan Şabanov "Caspian Investment Forum"da çıxışı zamanı məlumat verib.
O bildirib ki, ABB-nin ötənilki kütləvi səhm buraxılışında (İPO) 25 mindən çox məlumatlı potensial investorun iştirakı yerli kapitallaşma prosesinə artan marağı göstərir və bu, bazarda tələb çatışmazlığının olmayacağına işarə edir. S.Şabanov qeyd edib ki, ADB artıq Gürcüstan Dəmir Yolları layihəsində "anchor investor" kimi çıxış edib və Azərbaycanda da eyni rolu icra etməyə hazırdır.
Onun sözlərinə görə, emitent tərəfdən problem yoxdur və Azərbaycanda kapital bazarını yaxşı anlayan kifayət qədər maliyyə direktorları mövcuddur. Lakin şirkətlərin bazara çıxışının artması üçün onlara kommersiya baxımından sərfəli və aydın mexanizmlər təklif edilməlidir.
ADB inkişaf bankı kimi yalnız kommersiya məsələlərini deyil, həm də iqlim, ətraf mühit və sosial təsirlərlə bağlı tələbləri nəzərə alır. S.Şabanov bildirib ki, bu standartlara əməl etməyə hazır olan bütün dövlət və özəl şirkətlər üçün ADB emissiya prosesində həm investor, həm də məsləhətçi qismində iştirak edə bilər. (Apa)

"Premium Bank" hesabat açıqladı – Bank "yerində sayıb"
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
AMB ilə "Bank of New York Mellon" arasında əməkdaşlıq imkanları müzakirə olunub
Birbank-da pul köçürmələrini SİMA İmza ilə təsdiqlə
PAŞA Bank Xəzər İnşaat Həftəsinin rəsmi bank tərəfdaşıdır
Hökumət 2030-cu ilədək dolları 1.7 manat səviyyəsində götürüb – Proqnoz açıqlandı
2027-ci ilin büdcəsi: Şirkətlər həyat sığortasına niyə yer ayırmalıdır?
Dünya Bankı Qrupu Azərbaycana 100 milyon dollara yaxın özəl kapital cəlb edib
Süd vəzi xərçənginə dəstək məqsədilə "GüclüSən" sığorta məhsulu təqdim olunub.
"Bank of Baku"nun biznes kreditləri portfelində əhəmiyyətli artım qeydə alınıb
ƏDV geri al və onun üstünlükləri
Onlayn biznes ideyaları
Dünyanın ən çox maaş verən şirkətləri
IMEI kod nədir?
Kriptovalyuta nədir və necə alınır?